Stulda əyləşərək namaz qılmaq

Sual: Əgər bir şəxs oturulu halda səcdə edə bilmirsə öhdəsindəki vacib əməl nədir?

Cavab: Əgər bir kəs təşəhhüd üçün yerdə otura bilmirsə vacib ehtiyata əsasən stul kimi bir şeyin üzərində oturmalıdır.

Sual: Bir kəs ayaqüstə təkbirətul-ehramı deyə bilir, lakin sonrakı əməlləri edərkən çox çətinliklə oturur. Amma stul kimi bir şeyin üzərində oturarsa ikinci rükət üçün ayağa qalxa bilir. Belə olan halda onun stulda əyləşərək namaz qılması vacibdirmi?

Cavab: Əgər təkbirətul-ehramı ayaqüstə deməklə ruku üçün ayaqüstə duraraq oturulu halda təkbir demək arasında seçim olarsa, ikinci əsas götürülməlidir.

Sual: Dizlərim ağrıdığı üçün möhürü stolun üstünə qoyub stulda oturaraq namaz qıldım. Namazımın hökmü nədir?

Cavab: Stolun üzərində səcdə edə bilərsən.

Sual:

1. Anam ayaqüstə olduqda ruku və səcdə edə bilmir. Bu halda ayaqüstə namaz qılıb ruku və səcdə üçün işarə etməsi vacibdir, yoxsa stulda oturub namaz qılmaqla bu hal arasında seçim edə bilər?

2. Əgər ayaqüstə namaz qılmaq vacib olduğu halda ikinci rükətdə yorulursa, namazı ayaqüstə başlayıb yorulanda otura bilərmi, yoxsa elə əvvəlcədən oturulu halda namazı qıla bilər?

3. Əgər şəri vəzifəsi ayaqüstə namaz qılmaq olduğu halda hökmü bilmədiyi üçün oturulu halda namaz qılıbsa namazlarının hökmü nədir?

Cavab:

Sual: Hazırkı dövrümüzdə namaz üçün hazırlanmış stullar vardır. Ayaqüstə namaz qılmağa gücü yetən sağlam şəxs yorğunluq və halsızlıq hiss etdiyi üçün belə stullarda oturulu halda namaz qılmasının hökmü nədir?

Cavab: Onun namazı batildir.

Sual: Əgər avtobus sürücüsü namaz qılmaq üçün yetəcək qədər vaxt möhlət vermirsə müsafir şəxs avtobusda skamyada oturduğu halda vacib namazını qıla bilərmi?

Cavab: Bəli qıla bilər. Lakin ayaqüstə namaz qılmaq daha yaxşıdır. Hər iki halda (ayaqüstə və ya skamyada oturaraq) əgər mümkün olarsa namazın bütün əməllərində qibləyə üz tutmaq vacibdir. Əks təqdirdə isə, imkan daxilində təkbirətul-ehram deyərkən üzü qibləyə olmaq vacibdir. Bu da mümkün olmazsa, qibləyə tərəf üz tutmaq şərti hökmdən düşər. Həmçinin ruku və səcdəni edə biləcəti təqdirdə, məsələn, avtobusun salonunun koridorunda namaz qıla bilərsə, ruku və səcdəni yerinə yetirməsi vacibdir. Amma onları yerinə yetirməyə imkanı olmazsa, ruku və səcdə deyiləcək miqdarda əyiə bilirsə, belə etməlidir. Səcdə edərkən alnını səcdə edəcəyi əşyanın üzərinə qoyub qaldırmalıdır. Qeyd olunan miqdarda da əyilmək mümkün olmazsa, ruku və səcdənin əvəzinə işarə etməlidir.

Sual: Sağlamlıq problemləri yaşayan və buna görə də ruku və səcdə edə bilməyən, bəzən də ayaqüstə çox dayana bilməyən yaşlı insanlar üçün məscidlərdə xüsusi stullar var. Belə stullar məscidlərdə yayılıbıdr. Həmin stulun ön hissəsi səcdə və əlləri qoymaq üçün istifadə edilir. Bu halda yeddi səcdə üzvlərinin hamısı, xüsusilə də dizlərdən istifadə edilmir.

Cavab: Əgər insan ayaqüstə dura bilir, lakin qiyam halından rukunu yerinə yetirə bilmirsə, ayaqüstə namaz qılmalı və ruku üçün işarə etməlidir. Əgər səcdəni də yerinə yetirə bilmirsə, səcdə üçün də işarə etməli, yaxud səcdə edərkən stulda əyləşməli və stolun üstündəki üzərinə səcdə edilməsi icazəli olan bir şeyə alnını qoymalıdır. Əgər vəzifəsi oturulu halda namaz qılmaqdırsa, təkbirətul-ehram və rukuya bağlı qiyamı yerinə yetirmək üçün ayaqüstə dura bilirsə, belə etməsi vacibdir. Həmçinin namaz əsnasında ayaqüstə durmağa güc hiss edərsə qiyam halına keçməli (ayaqüstə durmalı) və hərəkət zamanı qiraəti və ya zikri saxlamalıdır. Oturlu halda etdiklərini yenidən yerinə yetirimək vacib deyil. Əgər oturulu halda namazın qiraətini (Fatihə və başqa bir surə) oxuduqdan sonra ayaqüstə durmağa güc yaranarsa, ruku üçün ayaqüstə durub qiraəti təkrarlamadan rukunu yerinə yetirməlidir. Bu hökmdə vaxtın geniş olması ilə dar olması arasında heç bir fərq yoxdur. Həmçinin böyrü üstə uzanılı namaz qılan şəxs oturmaq üçün gücü çatarsa və ya arxası üstə namaz qılan şəxsin böyrü üstə namaz qılmağa güc əldə edərsə hökm belədir. Əgər namazın əvvəl hissəsini ayaqüstə qılmaq və ya sonrakı hissəni ayaqüstə qılmaq arasında seçim etmək lazım gələrsə zaman baxımından istər əvvəl olsun, istərsə də sonra, məhz rükn hesab olunan hissəni  ayaqüstə qılmalıdır. Sonrakı əməl rükn olmayan hissə olarsa, əvvəl olan hissə ayaqüstə qılınmalıdır. Əgər təkbirətul-ehram deyərkən ayaqüstə durmaq və ya rukuya bağlı qiyam halında ayaqüstə durmaq arasında seçim etmək zərurəti yaranarsa, ikinci əsas götürülməlidir.

Sual: Məscidlərdə və müqəddəs ziyarətgahlarda qoyulan stullar üzərində vəzifəsi oturulu halda namaz qılmaq olan şəxsin vacib namaz qılmasının hökmü nədir? Bu stulda oturub namaz qılan şəxs oturulu namaz qılan şəxs hesab olunurmu?

Cavab: Əgər namaz qılan şəxs səcdə edə bilmirsə ayaqüstə namaz qılıb səcdə üçün işarə etməli, yaxud səcdə edərkən stulda oturub qarşısındakı stolun üstündəki üzərin səcdə edilməsi doğru olan bir şeyə alnını qoymalıdır.