Oruc və imalə etmək

Sual: Maye ilə imalə etmək orucu pozan əməllərdən hesab olunurmu?

Cavab: (Hökmü) bilərək maye ilə imalə etmək orucu pozan əməllərdəndir. Əgər maye qarın boşluğuna daxil olmasa, sadəcə olaraq ğaitin məxrəcindən (anosdan) içəri (düz bağırsağa) daxil olarsa, orucu pozmaz. Baxmayaraq ki, bunu tərk etmək müstəhəb ehtiyatdır.

Sual: Orucu pozduğunu bilmədən ramazan ayı hər gün maye ilə imalə edən şəxsin öhdəsindəki vacib əməl nədir?

Cavab: Əgər hökmü bilməməkdə üzürlü olarsa, məsələn, dini ab-havadan kənar böyüyüb tərbiyə alarsa və imalənin orucu pozmadığına etiqad edirdisə, onun öhdəsində heç bir vacib əməl yoxdur. Amma üzürsüz cahil olarsa, qəza yerinə yetirməlidir.

Sual: Ramazan ayında gündüz vaxtı qadınların uşaqlıq yoluna daxil edilən şam və kremdən istifadə etməsinin hökmü nədir?

Cavab: Qadının oruc vaxtı uşaqlıq yoluna maye və ya bərk halda olan maddə daxil etməsinin eybi yoxdur.

Sual: Mən Almaniyada yaşayıram. Avropada oruc müddəti 16 saatdan 18 saatadəkdir. 2009-cu ildə bağərsaqlarımda cərrahiyyə əməliyyatı keçirildi və bağırsağımdan 13 sm kəsilib atıldı. Həmin vaxt həkim mənə qəbz olmamaq və imkan daxilində gün ərzində çoxlu maye qəbul etmək xüsusnda xəbərdarlıq etdi. İndi oruc tutmaq istəyirəm. Mədə-bağırsağın yumuşalması üçün tibbi şam istifadə edə bilərəmmi? Ümumiyyətlə, zərər çəkməmək şərtilə oruc tutmaq üçün nə edə bilərəm?

Cavab: Kapsul içərisində olan yağlı şamlar əriyərək qarın boşluğuna sirayət etməzsə orucu pozmaz. Əks təqdirdə isə orucu pozar. Müalicənin başqa yolu olmazsa və müalicəni tərk etdikdə zərər çəkəcəyindən, yaxud məşəqqətə düşəcəyindən ehtiyat edirsənsə, orucu tərk etmək icazəlidir. Lakin sonradan orucun qəzası yerinə yetiriməlidir.