Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Oruc və bəlğəm udmaq

Sual: Ağız boşluğumdan çoxlu ağız suyu və bəlğəm ifraz olunur. Bəlğəmi və ya ağız suyunu tüpürmək istədikdə məqsədli olmadan dilim ağızdan kənara çıxıb qayıdır. Bu halda tüpürdükdən sonra ağız suyunu udmağımın zərəri varmı?

Cavab: Zərəri yoxdur. Bəlğəmi və ya ağız suyunu tüpürmək vacib deyil.

Sual: Oruc tutan şəxsin ağız fəzasına düşmüş, həmçinin, ağıs suyunu udması icazəlidirmi?

Cavab: Daha yaxşı olar ki, oruc tutan şəxs istər sinədən, istərsə də beyindən gələn və ağız boşluğuna düşmüş bəlğəmi udmasın. Baxmayaraq ki, bu icazəlidir. Həmçinin ağız boşluğunda toplanmış ağız suyu çox olsa belə, onu udmaq icazəlidir.