Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Oruc və həddi-buluğ

Sual: Qadınların çoxu 12 yaşdan sonra oruc tutmağa başlayırlar. Çünki bu yaşdan əvvəl şəri vəzifələrini düzgün anlamırlar və ya bu yaşdan etibarən qız uşaqlarının mükəlləfiyyəti başladığını güman edən valideyinlərindən şəriət hökmlərini öyrənmişlər. Şəri mükəlləfiyyətini başa düşdükdən sonra həmin qızın hökm necə olacaq?

Cavab: Əgər həmin vaxt orucun ona vacib olmadığına (tərəddüd etmədən) əmin idisə ona kəffarə deyil, yalnız qəza vacibdir.

Sual: Qdının oruc tutması üçün şəri mükəlləfiyyət yaşı neçədir?

Cavab: Həddi-buluğa çatdıqdan sonra. Qadının həddi-buluğ əlaməti hicri qəməri ilə ilə doqquz yaşını tamamlamasıdır. On yaşının tamam olduğu  birinci günündən etibarən oruc və digər şəri vacibləri yerinə yetirmək ona vacibdir.

Sual: Qız uşağı həddi-buluğa çatdıqdan sonra oruc tutmağa gücü çatmırsa ona oruc tutmaq vacibdirmi? Əgər oruc tutmasa yalnız qəzasını yerinə yetirməlidir, yoxsa ona  kəffarə də vacibdir?

Cavab: Əgər oruc tutmağa gücü çatmırsa ona oruc tutmaq vacib deyil. Sonradan həmin orucun qəzasını yerinə yetirməlidir. Ona kəffarə vacib deyil. Lakin oruc tutarkən adətən dözülməsi mümkün olmayan dərəcədə çətinlik olmazsa, çətinliyə dözmək ona vacibdir.