Oruc və istimna (onanizm)

Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi?

Cavab: Əgər ramazan ayı gündüz vaxtı  qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil olub tərəddüd etmiş olsan da hökm belədir. Sədəqə kəffarəni əvəz etmir.

Sual: Mübarək ramazan ayının gündüz vaxtı istər sperma ifraz olunsun, istərsə də olunmasın, istimna etmək orucu pozurmu? Bu işi görənin öhdəsində olan kəffarə nədir? Mübarək ramazan ayında gündüz vaxtı istər maye ifraz olunsun, istərsə də olunmasın, istimna ilə məşğul olan qadının hökmü nədir?

Cavab: İstimna orucu pozan əməllərdəndir. Hətta hər hansı növ mazaxlaşma ilə məşğul ola, spermanın ifraz olunmayacağına əmin olmaya və təsadüfən sperma ifraz olunarsa, orucu batildir və qəzası vacibdir. Əgər bu işin orucu pozduğunu bilirdisə kəffarə də vacibdir. Kəffarə üçün altmış fəqirin hər birinə 750 qram buğda və ya çörək vermək kifayətdir. Üzürlü cahilə kəffarə vacib deyil. Həmçinin tərəddüd etməyən üzürsüz cahilə də kəffarə vacib deyil. Əks təqdirdə vacib ehtiyata əsasən ona kəffarə vacibdir. Əgər haram olduğunu bildiyi halda bilərəkdən istimna edərsə, lakin – hətta üzürsüz cahil olsa belə – buna görə orucun batil olmamasına əmin olarsa, ona kəffarə vacib deyil. Bu hökmdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bilərəkdən istimna edə, lakin sperma ifraz olunmaya, həmin günü imsak etməli (orucu pozan işlərdən çəkinməli), sonra isə qəzasını yerinə yetirməlidir.

Spermanın ifraz olunmayacağına əmin olduğu halda təsadüfən qeyri-ixtiyari olaraq sperma ifraz olunarsa, oruc düzgündür.