Muzaribə

Sual: Muzaribədə işçi olan şəxs sərmayəyə özünün və ya başqasının malını qatması icazəlidirmi?

Cavab: Xeyir, icazəli deyil. Yalnız mal sahibinin xüsusi və ya ümumi icazəsi ilə belə etmək olar. Məsələn (mal sahibi) belə deyə: “Münasib bildiyin kimi bu malı işlət”. Belə olan halda münasib bilərsə (başqa mal) qatmaq icazəlidir. Əgər onun icazəsi olmadan sərmayəyə başqa mal qatarsa, onun əlində tələf olan mala zamindir. Lakin bu muzaribənin düzgünlüyünə xələl gətirməz. Muzaribə öz hökmündə qalır və gəlir onların arasında nisbətlə hesablanır.

Sual: İşçi muzaribə malı ilə başqa ölkəyə səfər edib mal verilən ölkədə deyil, orada ticarətlə məşğul ola bilərmi? 

Cavab: Xeyir. Yalnız mal sahibinin icazəsi ilə və ya belə etmək – həmin ölkəyə nisbətdə və yaxud muzaribə növü baxımından – qəbul edilmiş hesab olunarsa və muzaribə məfhumu ona şamil olarsa icazəlidir. Əgər (icazəsiz) səfər edərsə tələf və ziyana zamindir. Lakin qazanc əldə olunarsa, həmin qazanc onların arasında qeyd olunduğu kimi bölünməlidir. Həmçinin müəyyən ölkəyə səfər etməyi əmr etdiyi halda başqa ölkəyə səfər edərsə hökm belədr.

Sual: İcazəli muzaribə mal sahibi və ya işçinin hər hansı birinin vəfatı ilə batil olurmu?

Cavab: İcazəli muzaribə mal sahibi və ya işçinin vəfat etməsilə batil olur. Birinciyə gəlincə, çünki o vəfat etdikdən sonra mal varisinin mülkiyyətinə keçir. Malın işçinin istifadəsində qalması üçün yeni muzaribəyə ehtiyac duyulur. İkinciyə gəlincə, çünki (maldan istifadə) icazəsi ona məxsusdur.

Sual: Baba və ya atanın azyaşlı övladının malı ilə muzaribə etməsi icazəlidirmi?

Cavab: Zay etməmək şərtilə olar. Həmçinin himayəçi və şəriət hakimi kimi şəri qəyyum da tələf etməyəcəklərinə əminlik olduqda, xeyir və mənfəət nəzərə alınması şərti ilə bu işi edə bilərlər.

Sual: Muzaribə batil olduqda işçi sərmayə ilə ticarət edərsə müamilə düzgündürmü?

Cavab: Əgər maldan istifadə etmək icazəsi muzaribənin düzgünlüyü üçün şərt olmasa müamilə düzgündür. Bu halda qazanc tamamilə mal sahibinə aiddir. Əgər maldan istifadə icazəsi muzarəbə müqaviləsinin düzgünlüyü üçün şərt olarsa müamilə fuzuli hesab olunur. Əgər mal sahibi razı olarsa müamilə düzgündür. Əks təqdirdə isə batildir. 