Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Muğarəsə (başqasının torpağında qazanc məqsədilə ağac əkmək)

Sual: Muğarəsə nə deməkdir?

Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir  issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar torpaq sahibinə məxsus olsun, istərsə də olmasın fərq yoxdur. Lakin müstəhəb ehtiyata əsasən bu cür müamilə tərk olunmalıdır. Lakin (düzgünlüyünə) heç bir şübhə olmayan başqa növ müamilə əqdi ilə bunu etmək olar. Məsələn, qeyd olunduğu kimi iki tərərf arasında sülh (razılaşma) etmək və ya ağacı birlikdə alaraq şərik oluduqdan sonra ağacları əkənə torpaq sahibinin payında olan ərazidə həmin ağacları əkmək icazəsi verilir. O da, müəyyən müddət ərzində onun yerinin mənfəətin yarısı və ya məhsulun yarısıs müqabilində ağacları suvarmaq, qulluq etmək kimi işləri yerinə yetirir.