Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı tərəfi aldatma)

Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı?

Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah müqaviləsinə qol çəkərsə və ya öncədən belə deyərsə və nigah müqaviləsi də buna əsasən bağlanarsa, kişi mehriyəni ona vermədən nigah müqaviləsini poza bilər. Lakin belə bir şey deməyibsə və ya eyb olduğunu bildirməyibsə (yəni eybdən xali olduğunu və ya eyb olduğunu deməyibsə), kişi nigah müqaviləsini poza bilməz. Əgər həmin qadını boşamaq istəsə, aralarında yaxınlıq olduqdan sonra olsa, mehriyyə bütünlüklə, (yaxınlıqdan) əvvəl olsa, yarısı qadına verilməlidir.

Sual: Epilepsiya xəstəliyi kişi və ya qadın üçün dəliliyin bir növü hesab olunurmu? Ər və ya arvadın nigah müqaviləsini pozmaqda ixtiyar sahibi olduqları hala sabəb olacaq eyblərin hökmünü buna da şamil etmək olarmı?

Cavab: Zahirə əsasən epliepsiya əsəb xəstəliyidir, dəlilik növündən deyil. Bəli, şərtlərin mövcud olduğu halda tədlis səbəbinə belə bir ixtiyar sabitdir.

Sual: Bir qadın bəkarətini bərpa etmək üçün cərrahiyyə əməliyyatı keçirtmişdir. Belə ki, ürfə əsasən ona bakirə qadın deyilir. Nişanlısına bu barədə xəbər verməsi vacibdirmi? Əgər (ərə getdiyi kişi) əvvəlcə bunu bilməsə, sonradan ərə bunu bildirmək vacibdirmi?

Cavab: Yaxınlıq etməklə bakirəlik pərdəsinin yırtılmasından sonra qadın mütləq olaraq bakirə hesab olunmur. Nişanlısını aldatması isə icazəli deyil.

Sual: Ər və ya arvad yaşlarını bir neçə il az təqdim edərlərsə, bu, tədlis hökmlərinin tətbiq ediləcəyi aldatma hesab olunurmu?

Cavab: Əgər yaş həddi nigah müqaviləsinin bağlanmasında şərt və vəsf olarsa yaxud müqavilədən əvvəl nişan olduqda yaş həddi təyin oluna və buna əsasən də nigah əqdi bağlanarsa, bəli olar (yəni tədlis hökmü tətbiq oluna bilər).

Sual: Bir kişi bakirə olması şərtilə bir qadınla nigah müqaviləsi bağlamışdır. Onunla yaxınlıq etdikdən sonra onun bakirə olmadığını bilmişdir. Bu halda nigahı pozub mehriyəni bütünlüklə götürə bilərmi? Nigahı pozmaq niyyətində olduqdan sonra həmin qadınla yaxınlıq etmədən ehtiraslı davranışlar etməsi icaəlidirmi?

Cavab: Yalnız bakirəlik xüsusiyyəti nigah əqdində şərt və ya əsas xüsusiyyət kimi qoyulduğu, yaxud nigahdan əvvəl nişanlanma zamanı bu xüsisiyyət əsas götürüldükdə və nigah müqaviləsi məhz bu məziyyətə əsasən baş verdiyi halda nigahı pozmağa haqqı çatır. Amma sadəcə olaraq onun bakirə olmasını düşündükdə, sonra isə əksinin bilindiyi halda (nigahı) pozmaq ixtiyarı sabit deyil. Bundan başqa nigahı pozmaq ixtiyarı olduğu halda nigahı pozarsa yaxınlıq etdikdən sonra mehriyəni qaytarmağa haqqı yoxdur. Lakin onu məhz qadın aldadıbsa, haqqı var. Əgər onu qadından başqası aldadıbsa, ondan mehriyəni tələb edə bilər. Nigahı pozma haqqı sabit olduğu halda tez yerinə yetirilməsi vacib olan bir əməldir. Onun icrasını ürfün nəzərində biganəlik və yerinə yetirməmək dərəcədə təxirə salmaq icazəli deyil. Bununla da aydın olur ki, bu haqqı (nigahı pozmaq haqqını) icra etmədən əvvəl (qadınla hər-hansı növ) ehtiraslı münasibətdə olmaq ürf baxımından onun tez yerinə yetirilməsinə zidd olduğu üçün onu hökmdən salır.

Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın üzünə  azacıq kosmetik krem sürtməsi icazəlidimi? Əgər bu, ərə getmək məqsədi ilə olarsa, zahiri eybləri gizlətmək hesab olunurmu?

Cavab: Bunu etməsi icazəlidir və bu, eybləri gizlətmək hesab olunmur. Hətta belə hesab olunsa da, onunla evlənmək istəyən şəxsi aldatmasına səbəbə olmadığı təqdirdə haram deyildir.

Sual: Əgər nigah əqdi zamanı tədlis baş verərsə, belə ki, ər və ya arvadın nişan və müqavilə zamnı sağlam olması bildirildikdən sonra buna əsasən nigah əqdi icra edilərsə, aldadılan tərəfin nigahı pozma haqqı vardır. Nigahı pozmaq ixtiyarına səbəb olan aldatma qadının və ya vəlisinin (atası və ya babası) məsələn, xəstəliyin olmaması barədə heç nə deməməsi ilə yanaşı (ər olacaq) kişinin də xəstəliyin olmadığını zənn etməsi ilə baş vermir. Amma aldatma olmazsa və ya nigah əqdindən sonra xəstəlik yaranarsa, sağlam olan ər xəstəiyə tutulmuş arvadını boşaya bilər. Sağlam arvada gəlincə, məsələn, o, yaxınlıq etməkdən məhrum olduğu üçün xəstəliyə tutulmuş ərindən təalaq verməsini tələb edə bilər ya yox?  Bu barədə iki rəy vardır. Bu məsələdə ehtiyatın tələblərinə riayət etmək tərk olunmamalıdır. Bəli, əgər ər bir dəfəlik zövcəsini tərk edərsə, qadın asılı vəziyyətdə (nə evli, nə subay) olur. Bu halda qadının şəriət hakiminə müraciət etməyə haqqı var. Şəriət hakimi onu ya zövcəni tərk etməkdən əl çəkməyə ya da onun talağını verməyə məcbur etməlidir.

Sual: Qadınlara məxsus məclislərdə evlənmək məqsədilə nəzər diqqəti cəlb etmək üçün saçın hamısını və ya müəyyən hissəsini rəngləmək icazəlidirmi?

Cavab: Əgər eybi və ya yaş həddinin çox olmasını gizlətmək kimi aldatma məqsədi olmadan sadəcə gözəl görsənmək olarsa, icazəlidir.

Sual: Aldadılmaya görə ixtiyar sahibi olmaq nə deməkdir?

Cavab: İki tərəfdən biri qarşı tərəfi rəğbətləndirmək və ya rəğbətini artırmaq məqsədilə malını olduğundan daha yaxşı göstərməsi aldatmadır. Bu halda qarşı tərəfin (müqaviləni) pozma haqqı olur. Bu, “xiyarut-tədlis” (aldadılma müqabilində müqaviləni pozma haqqı) adlanır.

Sual: QİÇS xəstəliyi evlilik zamanı nigah müqaviləsinin pozulmasına səbəb olacaq qadın eyblərindən hesab olunurmu? Bu xəstəliyə tutulmuş kişi ilə qadının evlənməsinin hökmü nədir?

Cavab: Bu, hər hansı birinin nigah şərtlərində aldadılması baş vermədiyi halda nigahın pozulmasına səbəb olacaq eyblərdən deyil.

Sual: Tədlis hansı halda baş verir?

Cavab: Eyblərdən sağlam olan qadınla evlənmək məqsədi olduqda qadının eybli olduğu bilindiyi halda onu kişiyə sağlam qadın kimi təqdim etdikdə tədlis baş verir. Çünki bu hal kişinin aldadılmasına səbəb olur. Evlənmə  üçün olmadıqda və ya ərdən qeyrisinə xəbər verdikdə tədlis baş vermir. Zahirə əsasən qadın eybi bildiyi halda onu gizlətdikdə və qadının həmin eybdən sağlam olmasını düşündüy üçün kişinin onunla evləndiyi halda da tədlis baş verir.