Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Cinsi yaxınlıq

Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır?

Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş tutulan gün cümə axşamı günü istisna olmaqla günortayadək (zöhr vaxtınadək, günbatan vaxtı havanın qızartısı aradan getməmiş, ay məhəqdə olan zaman (ay görsənmədi gecələr), fəcrdən (sübh azanından) günəş doğana qədər, ramazan ayı istisna olmaqla ayların ilk gecəsi, ayın orta və son gecələri, zəlzələ, sarı və qırmızı küləklər baş verərkən yaxınlıq etmək məkruhdur. Habelə yaxınlıq edərkən üzü və ya arxası qibləyə olmaları, gəmidə və çılpaq halda, möhtəlim olandan sonra qüsl etməmiş yaxınlıq etmək məkruhdur. Qüsl etmədən ikinci dəfə cinsi yaxınlıq etmək isə məkruh deyil. Cinsi yaxınlıq əsnasında qadının cinsiyyət orqanına baxmaq, Allah zikrini istisna olmaqla söhbət etmək məkruhdur.  Başqasının, hətta azyaşlı uşaq olsa belə, gördüyü halda harama səbəb olmayacağı təqdirdə cinsi yaxınlıq etmək məkruhdur. Əks təqdirdə isə icazəli deyil.