Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Ər-arvad münasibəti

Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir?

Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın münasibətlərinə aid olan başqa bir nöqtə var. O da budur ki, qadın kişini öz tərəfinə cəzb etmək və onu öz istəklərinə boyun əyməyə məcbur etmək qabiliyyətinə malikdir. Bu, Allahın qadına bəxş etdiyi cinsi cazibədarlıq və gözəlliyə görədir. Lakin bəzi qadınlar bu nemətdən kamil şəkildə istifadə edə bilmir və öz gözəlliklərini yalnız başqalarına nümayiş etdirirlər. Öz ərlərinin yanında isə bəzənməyə lazımi diqqət göstərmir, üstəlik ərin onlara tərəf cəzb olmasını istəyirlər. Bu mümkün deyil, qadın öz gözəlliyi, bəzənməsi və cinsi cazibədarlığı ilə ərini öz tərəfinə çəkməlidir.