Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

İslami kəsim

Sual: Bildiyiniz kimi, bütün dünyada toyuq istehsalında onların kəsilməsi əllə deyil, avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu artıq adi hal alıb. Bu halda onların üzərində "Bismillah" deyilməsi inandırıcı gəlmir. Bu barədə rəyiniz necədi? Bu toyuqları yemək olar ya yox? Allahın adını cihaz vasitəsilə səsləndirmək olar?

Cavab: Əgər toyuqlar, başları kəsilərkən üzü qibləyə olsalar və cihazı işə salan şəxs müsəlman olarsa və cihazı işə saldıqda Allahın adını çəkirsə, bu iş iki şərtlə icazəlidir:

1. Müsəlman şəxs Allahın adını dilinə gətirməlidir və səsi yazısı ilə deyilməsi kifayət etmir.

2. Toyuqların başlarının kəsilməsi bir dəfəyə və eyni vaxtda olarsa, Allahın adını bir dəfə çəkmək kifayətdir. Amma tədrici olarsa, Allahın adını bir dəfə çəkmək kifayət etmir. Yalnız az sayda, məsələn, üç-dörd toyuq üçün bir dəfə demək olar. Amma sayları çox olarsa və başları tədrici şəkildə kəsilirsə, bir dəfə Allahın adını çəkmək kifayət etmir və ardıcıl olaraq “Bismillah” demək lazımdır.