Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Oruc və iş

Sual: Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir?

Cavab: Əgər oruc tutmaq insanın dolanışığının asılı olduğu işə mane olursa, məsələn, işləməyin mümkün olmayacağı dərəcədə zəifliyə səbəb olarsa və ya dözülməz dərəcədə susuzluğa səbəb olursa, belə bir vəziyyətdə iş yerini dəyişmək və ya işələməyib dolanışığını digər pulla və ya borcla təmin edə bilərsə, oruc tutmaq ona vacibdir. Əks təqdirdə orucun vaciblik hökmü ondan götürülür. Lakin bu halda vacib ehtiyata əsasən işin zəruriliyinin tələb etdiyi, zəiflik və məşəqqəti dəf etmək üçün az miqdarda su işmək və yemək yeməklə kifayətlənsin.Sonradan oruc tutmadığı günlərin qəzasını yerinə yetirmək ona vacibdir. Onun öhdəsində isə kəffarə yoxdur.