Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səfəri çox olanlar

Sual: Hansı hallarda insana "kəsirus-səfər" (səfəri çox olan insan) deyilir. Səfəri çox olanların namaz və orucları necədir?

Cavab: Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Belə olduqda bütün səfərlərinizdə (ziyarət, istirahət, dərs və işlə bağlı səfərlərdə) namazınız tam və orucunuz səhih olacaqdır. Amma səfəriniz ayda 8 və ya 9 gün olsa, ehtiyat vacibə əsasən bütün səfərlərinizdə namazı həm tamam, həm də qəsr qılmalı, həmçinin, həm oruc tutmalı, həm də qəzasını yerinə yetirməlisiniz. Lakin səfərdə olduğunuz müddət ayda 7 gün və ya daha az olarsa, belə səfərdə namazlarınız qəsr qılınmalıdır.