Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Aktyorluq və teatr

Sual: Teatr səhnəsində və ya televiziya tamaşasında aktyorluq etmək haramdır, yoxsa halal?

Cavab: Öz-özlüyündə halaldır. Lakin başqa cəhətdən haram əməllərin yaranmasına səbəb olarsa, haramdır.

Sual: Bir şəxsin dinə müxalif olmadığı halda kinofilm və ya seriallarda rol oynaması icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Həzrət Məhəmməd (s) peyğəmbərin və ya məsum imamlardan (ə) birinin, yaxud müqəddəs tarixi atributları tasvir edib filmdə çəkmək, kinoteatr və ya televiziya ekranında nümayiş etdirmək icazəlidirmi?

Cavab: Əgər müqəddəslik və əzəzmət amilləri qorunarsa və insanların onlar barəsində təsəvvür etdikləri müqəddəs surətlərinə xələl gəlməsə, heç bir maneəsi yoxdur.

Sual: Əgər hər hansı bir serialda rol oynamaq istəsəm, bu işdə dinə müxalif olan hallar hansılardır?

Cavab: Bu sahədə bir çox hallar vardır ki, haramdır. Konkret olaraq onları qeyd etmək mümkün deyil. Lakin kişi va qadınların bir-birinə qarışması, istifadə olunan musiqi və filmin məzmunu kimi halları qeyd etmək olar. Filmin məzmunda haqq əqidə əsaslarına (İslama) zidd amillərin olması, ehtiras yaratması, insanları günaha sürükləmsi, batil düşüncələrə rəvac verməsi və tağutları tərifləməsi kimi halların olması icazəli deyil.

Sual: Film və seriallarda məsum imamın (ə) şəxsini canlandırmaq, rolunu oynamaq icazəlidirmi?

Cavab: Onların şəxsiyyətlərini canlandırmaq icazəlidir. Lakin bu şərtlə ki, hətta gələcək zamanda belə, onların insanların nəzərində olan müqəddəs surətlərinə xələl gəlməsin. Onların (ə) rolunu oynayacaq aktyorun sifət və xüsusiyyətlərinin bu məsələyə müəyyən mənada təsiri var.

Sual: Su vasitəsilə araq içən şəxsin rolunu oynamağın hökmü nədir?

Cavab: Doğru deyil.

Sual: Bəzi mömin qardaşlar həzrət İbrahim (ə) peyğəmbər və oğlu həzrət İsmail (ə) peyğəmbərin həyatndan bəhs edən sənədli film çəkmişlər. Peyğəmbərlərin üz cizgilərini örtən nur halı olmadan üzlərinin aşkar görsənməsi icazəlidirmi?

Cavab: Möhtərəm Seyid (kölgəsi əskik olmasın) bu işə icazə vermir.

Sual: Bəzi rejisorlar Həzrət Rəsulullah (s) və məsum imamların (ə) hayatı barədə  tarixi filmlər çəkirlər;

1) Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) rolunu oynayan şəxsin üzüörtülü halda görsənməsi icazəlidirmi?

2) Əgər icazəlidirsə, həmin aktyorun mömin olması şərtdirmi?

Cavab: Onların (ə) şəxsiyyətlərini canlandırmaq icazəlidir. Lakin bu şərtlə ki, hətta gələcək zamanda belə, onların insanların nəzərində olan müqəddəs surətlərinə və şərəfli məqamlarına xələl gəlməsin. Onların (ə) rolunu oynayacaq aktyorun sifət və xüsusiyyətlərinin bu məsələyə müəyyən mənada təsiri var.