Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Kosmetik kremlər

Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi?

Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir.

Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın üzünə  azacıq kosmetik krem sürtməsi icazəlidimi? Əgər bu, ərə getmək məqsədi ilə olarsa, zahiri eybləri gizlətmək hesab olunurmu?

Cavab: Bunu etməsi icazəlidir və bu, eybləri gizlətmək hesab olunmur. Hətta, belə hesab olunsa da, onunla evlənmək istəyən şəxsi aldatmasına səbəbə olmadığı təqdirdə haram deyildir.

Sual: Bədən üzvlərinə çəkilən krem suyun dəriyə yetişməsinin qarşısını alırmı? Dəstəmaz və qüsl alarkən onunu təmizlənməsi vacibdirmi?

Cavab: Zahirə əsasən, sürtdükdən sonra dəri üzərinə çəkilmiş kremin izi yalnız onun yağlılığıdır. Bu yağlılıq suyun dəriyə yetişməsinin qarşısını almır.

Sual: Qadınların yanaqlarına çəkdikləri qırmızı rəng (dəstəmaz və ya qüsldə) suyun qarşısını alırmı?

Cavab: Əgər suyun qarşısını alması ehtimal olunursa, onun təmizlənməsi vacibdir.

Sual: Yağlar, mürəkkəb rəngi (qələm yazısı), kosmetik kremlər və bu kimi şeylər dəstəmaz alarkən suyun (dəriyə yetişməsinin) qarşısını alan maneələrdən hesab olunurmu?

Cavab: Suyun qarşısını alan maneənin təyin olunmasında əsas şərt onunu nəzərəçarpacaq dərəcədə hissələrinin görünməsidir. Əgər bir şeyin (dəstəmaz suyunun dəriyə çatmasının qarşısını alan) maneə olması barədə şəkk yaranarsa, təmizləyib (dəstəmaz alarkən) onun yerini yumaq vacibidir.