Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan, öz cinsinə, vəzifəsinə və ya səviyyəsinə uyğun olmayan halda geydiyi libas)

Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir?

Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır.

Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən də sorğu-suala səbəb olursa, “libasuş-şöhrə” hesab olunduğu üçün onun çıxarılması vacibdirmi?

Cavab: Vacib deyil. Bəli, əgər hər hansı bir ölkədə bütün insanların nəzərində pis hesab olunarsa və qınaq obyektinə çevrilərsə,  həmin ölkədə “libasuş-şöhrə” hesab olunur və orada niqab taxmaq icazəli deyil.

Sual: Mömin şəxsin biabır və xar olmasına səbəb olacaq libas geyinməsi icazəlidirmi?

Cavab: “Libasuş-şöhrə” geyinmək haramdır. “Libasuş-şöhrə” mömin şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunmuş surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Çünki möminin özünü rüsvay və zəlil etməsi haramdır.