Övlad haqqı

Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı?

Cavab: Əgər məbləğ uşağın mülkiyyətindədirsə, ananın hətta uşağa paltar almaq kimi həmin məblğdən istifadə etməyə haqqı yoxdur. Bəli, atanın övlad üzərində qəyyumluq haqqı vardır. Buna əsasən də, ata uşağın ehtiyaclarının təminatı üçün həmin məbləği uşağa sərf edə bilər.

Sual: Övladın ata üzərindəki haqqı hansılardır?

Cavab: Onlara gözəl tərbiyə verməli və ehtiyaclarını təmin etməlidir.

Sual: Övlada şəriət hökmlərini öyrətmək ataya vacibdirmi?

Cavab: Bəli, düzgün formada dini tərbiyə alacağı miqdarda öyrətməsi vacibdir.

Sual: Öıkəmizdə fəsadın bütün növləri, xüsusilə də, narkotik maddələrə aludəçilik həddindən artıq yayılıb. Hətta hökümət və özəl  məktəblərdə belə, nəzərəçarpacaq dərəcədə yayılmışdır. Bu vəziyyət övladlarımızın tərbiyəsinə təhlükə yaratmaqdadır. Əgər ata övladının bu bəlaya düçar olacağından və ya məktəblərdə əxlaqi pozğunluğa bulaşacaqlarından ehtiyat edərsə şəriət baxımından vəzifəsi nədir? Bununla yanaşı islami məktəblər olmadığı üçün valideyinlər övladlarını belə məktəblərə qoymadıqda böyük problemlərlə qarşılaşırlar. Belə ki, öz ehtiyaclarını təmin edəcək yüksək maaşlı iş əldə etmək üçün diplom əldə edə bilmirlər. 

Cavab: Vəlinin (qəyyumun) vəzifəsi övladı, onun əxlaqını pozacaq və azğınlığa düşməsinə səbəb olacaq işlərdən qorumaqdır. Əgər məktəbdə oxuduğu müddət ərzində onu fəsaddan qoruyacaq icraatlar edə bilərsə, məsələn, bəzi müəllimləri və ya başqa şəxsləri mütəmadi olaraq övlada nəzarət etməklə vəzifələndirə bilərsə, övladın həmin məktəbdə işləməsi icazəlidir. Amma məktəbə gedəcəyi təqdirdə azğınlığa düşəcəyindən doğrudan da ehtiyat edilərsə, övladın məktəbə getməsi icazəli deyil. Diploma və vəzifəyə sahib olmaq bunun icazəli olmasına səbəb ola bilməz.

Sual: Ana gəlin ilə konfilikt yaşadığı üçün övladından onun talağını verməyi tələb edərsə,  övladın ona itaət etməsi icazəlidirmi? Əgər “boşamasan sən valideyinin üzünə ağ olan övladsan”  deyərsə, övladın vəzifəsi nədir?

Cavab:  Bu məsələdə ona itaət vacib deyil. Dediyi sözün də heç bir əsası yoxdur. Lakin söz və ya əməldə anaya qarşı pis münasibətdən çəkinmək vacibdir.

Sual: Oğlan uşağı və ata, qız və ana  arasında gündəlik məişət zəminində mübahisələr baş verir və bu, valideyinlərin narahatçılına səbəb olur. Belə etmək icazəlidirmi? Övladların valideyinlərlə münasibətdə hansı həddi keçməmələri vacibdir?

Cavab: Övladın valideyinlərinin doğru olmadığını bildiyi rəylərini müzakirə etməsi icazəlidir. Lakin onlarla müzakirə etdikdə sakitçiliyə və ədəb qaydalarına riayət etməlidir. Onlara nəinki ağır söz deməməli, hətta onlara sərt baxışlarla  baxmasın və səsini yüksəltməsin.

Sual: Avropada, Amerikada və ya bu kimi ölkələrdə yaşayan mükəlləf şəxsin övladlarına ərəb dilini Qurani- kərim və şəriət dili olması etbarı ilə öyrətməsi vacibdirmi? Həmçinin ərəb dilini bilməmək şəriətin əsas mənbələrini bilməmək, dini bilgilərinin azlığı və inancında naqislik yaranması ilə nəticələnir. 

Cavab: Dini, vacib əməllərini yerinə yetirmək üçün ehtiyacları olduğu miqdarda öyrətməsi vacibdir. Bu şərtlə ki, Fatihə surəsi və namazın vacib zikrləri ərəb dilində olsun. Əgər başqa dildə ehtiyacları olan dini bilgilərini və şəriət hökmlərini öyrənmək mümkün olarsa bundan əlavə öyrətmək vacib deyil. Bəli, Qurani-kərimi öyrətmək müstəhəbdir. Hətta başda Qurani-kərim, Peyğmbər (s) sünnəsi və əhli-beyt imamlarının kəlamları – Allahın onlara salamı və salavatı olsun – olmaqla İslam bilgilərini əsas mənbələrindən mənimsəyib öyrənmələri üçün mükəmməl surətdə ərəb dilini öyrətmək daha yaxşıdır.

Sual: Övlad dünyaya gəldikdə hansı əməlləri yerinə yetirmək müstəhəbdir?

Cavab: Uşaq dünyaya gəldikdə zərər verməyəcəyi təqdirdə ona qüsl vermək, sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbdir. Hədisdə deyildiyi kimi bu, onu lənətlənmiş Şeytandan qoruyar. Həmçinin uşağın damaqlarına  Fərat çayının suyundan və İmam Hüseyn(ə) türbətindən sürtmək, ona bəyənilən ad seçmək müstəhəbdir. Övlada gözəl ad qoymaq onun valideyinlərinin boynunda olan haqqıdır. Hədisdə buyurulub : “Ən doğru ad Allaha übudiyyəti (qul olmağı) özündə ehtiva edən (Abdullah, Abdurrəhim kimi) addır. Adların ən yaxşısı isə peyğəmbərləin (Allahın onlara salamı olsun) adlarıdır”. İmamların adlarıda bu hökmdədir. Həzrət Peyğəmbər (s) – in belə buyurduğu nəql olunur: “Kimin dörd oğlu olsa və birinə mənim adımı verməsə mənə cəfa etmişdir”. Lakin övladın adı Muhəmməd olarsa, onu Əbulqasim künyəsi ilə çağırmaq məkruhdur. Həmçinin övlada imamların (ə) düşmənlərinin aıdnı qoymaq məkruhdur. Eyni zamanda uşağın saçının qırxlb tüklərinin çəkisi miqdarında qızıl və ya gümüş sədəqə vermək müstəhəbdir. Uşağın saçını qırxarkən müəyyən yerləri qırxıb müəyyən yerləri saxlamaq məkruhdur.

Sual: Ananın 15 yaşına çatmış qızına nəzarət etmək məqsədi ilə icazəsi olmadan onun çantasını  araşdırması icazəlidirmi?

Cavab: Nə anaya, nə də ataya belə etmək, icazəli deyil.