Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Üzgüçülük

Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi?

Cavab: Lazımi örtük olarsa, icazəlidir.

Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman  oyunları icazəlidir?

Cavab: “Minhacus-salihin” kitabından müfəssəl qeyd olunduğu kimi qumar olmayan digər idman oyunları da icazəlidir.

Sual:  Müsəlman kişinin qadın və kişilərin bir yerdə olduğu çimərliklərə şəhvət məqsədi olmadan getməsi icazəlidirmi? Xüsusilə oradakı qadınlar həya pərdəsini atmış və pis işlərdən çəkindirilsələr də çəkinməzlər.

Cavab:  Açıq-saçıq gəzən və bu əməllərindən çəkindirildikdə isə əhəmiyyət verməyən qadınlara şəhvət və ləzzət məqsədi olmadan baxmaq icazəli olsa da, lakin belə açıq-saçıq yerlərdə olmaq ehtiyata əsasən, mütləq surətdə icazəli deyil.

Sual: Üzgüçülük idmanı ilə məşğul olan idmançının geyindiyi üzgüçülük paltarının şəriət baxımından hökmü nədir?

Cavab: “İzahlı şəriət məsələləri” kitabında qeyd olunduğu kimi şəri örtüyün hüdudlarının qorunması vacibdir.

Sual: Müsəlman kişinin qarışıq hovuzlara getməsi icazəlidirmi?

Cavab: Müsəlman kişinin qarışıq hovuzlara və harama düşməsinə səbəb olacaq digər açıq-saçıq yerlərə getməsi, icazəli deyil. Vacib ehtiyata əsasən, hətta harama səbəb olmasa da (belə yerlərə getmək) tərk edilməlidir.

Sual: Qadınların, böyüklərin və kiçiklərin olduğu ümumi hovuzlara getməsinin hökmü nədir?

Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.

Sual: Dəstəmaz niyyəti ilə yuynmaq dəstəmazı əvəz edirmi?

Cavab: Əvəz etmir.

Sual: Qarışıq hovuzlarda çimmək icazəlidirmi?

 Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.

Sual: Qadınların masaj və təbii müalicə məqsədilə qadınlara məxsus hamalarda çimməsi və üzgüçülüklə məşğul olmaları icazəlidirmi?

Cavab: İcazəlidir. Lakin başqa qadınların övrətinə baxmaq icazəli deyil.

Sual: Qeyri-müsəlman ölkələrində olan qarışıq çimərliklərə gəlincə kişi və qadınların ora getmələri və orada üzgüçülüklə məşğul olmaları icazəlidirmi?

Cavab: Belə çimərlik yerlərinə getmək mütləq surətdə icazəli deyil.

Sual: Şəhvət ləzzəti məqsədi olmadan qarışıq hovuzda çimmək icazəlidirmi?

Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.