Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Vəsvəsə

Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı?

Cavab: “Nas” surəsi, bu barədədir.

Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir?

Cavab: Bəzi yerlərdə şəkk hökmündədir.

Sual: Vəsvəsə barədə rəyiniz nədir?

Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. Təharət (paklıq) və bu kimi mövzularda yəqinə çatmasına ehtiyac yoxdur.

Sual: Mən qüsl alarkən çox vəsvəsə edirəm. Belə ki, hər dəfə qüsl alarkən saat yarım vaxt sərf edirəm və bəzən, namazlarım qəza olur. Xahiş edirəm, bu problemin həll olunması üçün mənə kömək edəsiniz.

Cavab: Sizin etdiyiniz iş, caiz deyildir. Məlum olan vəzifənizdən əlavə, başqa bir əməllə mükəlləf deyilsiniz. Qardaş və yaxud əminiz oğlunun qüsl alarkən sərf etdiyi  vaxt və su  miqdarında sərf etməniz, kifayətdir. Şeytandan uzaq olun, namazı tərk edən şəxsi nə əzab gözlədiyini heç kim bilmir.

Sual: Namazda çox şəkk edən şəxs, ehtiyat namazı qılmalıdırmi?

Cavab: Namazının düzgün olduğunu qəbul etməlidir. Həmin şəxs şəkkinə etina etməsin və ehtiyat namazı qılmaq da vacib deyildir.