Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Xümsü sərf etmək üçün icazə almaq

Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir.

Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək üçün müctəhiddən, yaxud onun nümayəndəsindən icazə almalıdır.

Sual: Xüms ilim tamam olduqdan sonra malik olduğum malın xümsünü vermək üçün hesabladım. Amma malın xümsünü bir müddət keçəndən sonra ayırdım. Mən xümsü ayırmamışdan əvvəl həmin malda təsərrüf edə bilərəmmi? Əgər cavab “icazəli deyil” – olarsa, xümsü ayırdıqdan sonra həmin malda təsərrüf etmək olarmı?

Cavab: Xümsü ayırmadan həmin malda təsərrüf etmək icazəli deyil. Xümsün ayrılaraq müəyyənləşməsi, yalnız müctəhid, yaxud onun nümayəndəsinə müraciət etməklə gerçəkləşir.