And içməyin hökmləri
Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir?
Cavab: Yalandan and içmək böyük günahlardandır.
Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi?
Cavab: Sözünün doğru olmasını isbat etməsi üçün insanın, əgər həqiqətəndə sözü doğru olarsa, and içməsi, məkruhdur. Əgər sozü yalan olarsa, and içməsi, haramdır.
Sual: Vəsvəsə edən şəxs, and içsə və əməl etməsə, vəzifəsi nədir?
Cavab: Vəsvəsə edən şəxs məsələn, “Allaha and olsun ki, indi namaza başlayacağam”- deyə and içsə və sonra vəsvəsə üzündən namaza başlamasa, başlaya bilməməsi özündən asılı olmadığına görə, kəffarəsi yoxdur.
Sual: İnsanı and içməyə məcbur etsələr, ona kəffarə vacib olarmı?
Cavab: Kəffarə vacib olmaz.
Sual: İnsan unutqanlıq, çarəsizlik və yaxud qəflət üzündən andına əməl etməsə, ona kəffarə vermək vacib olarmı?
Cavab: Kəffarə vacib deyildir.
Sual: Qadın ərinin icazəsi olmadan and içərsə, əri arvadının andını poza bilərmi?
Cavab: Bəli, poza bilər.
Sual: Uşaq atasından icazəsiz and içərsə, atası onun andını poza bilərmi?
Cavab: Bəli, poza bilər.
Sual: Ər arvadının and içməsini qadağan etsə və arvad da buna baxmayaraq and içsə, andı düzgündürmü?
Cavab: Xeyr, düzgün deyildir.
Sual: Ata, övladının and içməsini qadağan etsə və övlad da buna baxmayaraq and içsə, andı düzgündürmü?
Cavab: Xeyr, düzgün deyildir.
Sual: Mümkün olmayan bir iş üçün and içmək olarmı?
Cavab: And içilən iş, görülməsi mümkün iş olmalıdır. Həmin iş and içərkən qeyri-mümkün və sonra isə mümkün olsa, kifayətdir.
Sual: Danışa bilən şəxs, andını yazarsa, andı düzgündürmü?
Cavab: Vacib ehtiyata əsasən, ona əməl etməlidir.
Sual: Danışa bilməyən bir şəxs, necə and içə bilər?
Cavab: Yazı şəklində yazıb qəlbindən keçirsə, kifayətdir.
Sual: Dili olmayan bir şəxs, necə and içə bilər?
Cavab: Dili olmayan bir şəxs, işarə ilə and içsə, kifayətdir.
Sual: İnsan mübah olan bir işi etməyə və yaxud tərk etməyə and içərsə, həmin işin hər hansı bir xüsusiyyəti olmalıdırmı?
Cavab: Xalq arasından bu işi etməyin və yaxud tərk etməyin tərcih olunan yaxşı tərəfi olmalıdır. İnsan özünə dünyəvi faydası olan iş üçün and içərsə, andı düzgündür.
Sual: İnsanın tərk etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malık olmalıdır?
Cavab: Həmin iş, vacib və müstəhəb əməllərdən olmamalıdır.
Sual: İnsanın etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malik olmalıdır?
Cavab: Həmin iş, haram və məkruh əməllərdən olmamalıdır.
Sual: Əsəbi halda içilən and keçərlidirmi?
Cavab: Xeyr, keçərli deyildir.
Sual: İnsan, öz istəyi olmadan and içərsə, bu and düzgündürmü?
Cavab: Xeyr, düzgün deyildir. Məcbur edilən şəxsin andı düzgün deyildir.
Sual: Dəlinin andı, düzgündürmü?
Cavab: Xeyr, düzgün deyildir.
Sual: Uşağın andı, düzgündürmü?
Cavab: Xeyr, düzgün deyil.
Sual: And içməyin kəfarəsi nədir?
Cavab: Bir qul azad etmək və ya on fəqiri doyurmaq, yaxud on fəqiri geyindirmək.
Sual: İnsanın bir qul azad etmək, on fəqiri doyurmaq və ya geyindirməyə imkanı olmasa, vəzifəsi nədir?
Cavab: Bunları etməyə imkanı olmasa, üç gün ardıcıl oruc tutmalıdır.
Sual: İnsan siqareti tərk etmək üçün and içib sonradan andını pozarsa, vəzifəsi nədir?
Cavab: Kəffarə verməlidir.
Sual: Mən iki ayrı məsələ barəsində müqəddəslərə (Allah, Quran və başqa müqəddəslərə) and içdim. Lakin şəhvətimə məqlub olub andımı pozdum. Hal-hazırda vəzifəm nədir?
Cavab: Allahdan qeyrisinə içilən andların təsiri yoxdur. Lakin Allaha edilən andın pozulmasının şəri hökmü; on fəqirin hər birinə 750 qram yemək (buğda və çörək kimi) ilə doyurmaqdır.
Sual: Qurana üç dəfə yalandan içilən andın kəffarəsi nədir və kimə verilməlidir?
Cavab: Bu and üçün kəffarə yoxdur.
Sual: Əhd və andın kəffarəsini miskinlərdən qeyrisinə vermək olarmı?
Cavab: Xeyr, bu kimi işlərin kəffarəsi fəqirlərə və miskinlərə verilməlidir.