Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Akkreditivlər

Akkreditiv iki növdür:

1. İdxalat üçün olan akkreditivlər:

Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək akkreditiv açılmasını istəyir. Nəticədə bank ona iltizam verir ki, öləkəyə gətirilən xarici əmtəələrin sənədlərini akkreditiv sahiblərinə təhvil versin və onun məbləğını əmtəəni ixrac edən şəxsin hesabına köçürsün.

Malı ixrac edənlə alış-veriş yazışma və yaxud ölkədə mövcud olan vəkilə müraciət etməklə tamam olduqdan, eləcə də əmtəələrin keyfiyyət və kəmiyyətini bəyab edən siyahını aldıqdan, əmtəənin qiymətinin bir hissəsini bankın hesabına köçürdükdən sonra, nəhayət, bank sənədləri təhvil alır və əmtəələrin məbləğini satıcıya göndərir.

2. İxracat üçün olan akkreditivlər:

Bunun yuxarıdakı akkreditivlə yalnız ad fərqi var. O da bundan ibarətdir ki, əmtəəni ölkədən xaricə ixrac etmək istəyir, xarici alıcı onunla əlaqə yaratmaq üçün bankda akkreditiv açır ki, onun əsasında bank əmtəənin sənədlərini alıcıya təhvil verir və onun məbləğini yuxarıdakı mərhələləri keçdikdən sonra malı ixrac edənə verir.

Həqiqətdə, bu iki növ akkreditivin heç bir fərqi yoxdur; akkreditiv – istər idxal, istərsə də ixrac üçün olsun – bankın alıcının borcunu ödəmək barəsində verdiyi iltizamından, yəni, alınmış əmtəələrin qiymətini satıcıya, sənədlərini isə alıcıya vermək barədə iltizamından ibarətdir.

Əlbəttə, bir növ akkreditiv də mövcuddur. Belə ki, əmtəə ixrac edən şəxs əmtəələrin keyfiyyət və kəmiyyətini göstərən bir siyahını, idxal edən şəxslə heç bir alış-veriş etmədən banka və yaxud onu ölkə daxilindəki şöbəsinə göndərir, bank da öz növbəsində həmin siyahını ehtimal verilən alıcılara göndərir. Həmin şəxs siyahıda qeyd olunan əmtəələri almaq istəyirsə, bankdan akkreditiv açılmasını istəyir və bank da əmtəələrin sənədlərini təhvil verib pulunu almağa başlayır.

Məsələ 1: Banklarda, qeyd olunan akkreditivlərin açılması və bu əməliyyatın banklar tərəfindən icrası, caizdir.

Məsələ 2: Bank akkreditiv sahibindən iki yolla qazanc əldə edir:

1. Bank xidmətlərindən əldə edilən qazanc. Məsələn, borcun ödənilməsinə dair verdiyi iltizam, əmtəəni ixrac edənlə əlaqə yaratmaq və onun sənədlərini alıb, alıcıya təhvil vermək və s. xidmətlər.

Belə qazanc əldə etmək caizdir, çünki o, “cüalə” müqaviləsindən hesab olunur. Yəni, akkreditiv sahibi, müəyyən məbləği gördüyü xidmətlər müqabilində bank üçün təyin edir. Həmçinin onu – düzgün olma şərtlərinə malik olduqda – “icarə” müqaviləsinə də daxil etmək olar.

2. Bank malın qiymətini müştərinin hesabından yox, öz malından ödəyir və müəyyən müddətə qədər müştərinin onu tələb etməməsi müqabilində ödəmiş olduğu məbləğin məcmusundan müəyyən faizi qazanc kimi əldə edir.

Deyildiyi kimi, bu növ qazanc əldə etməyi “cüalə” müqaviləsi əsasında caiz bilmək olar. Belə ki, akkreditiv sahibi bank üçün bu xidmətlər müqabilində müəyyən bir məbləği təyin edir. Düzgün olma şərtlərinə malik olarsa, onun “icarə” müqaviləsi əsasında düzgün olması da mümkündür.

Amma məlumdur ki, akkreditiv sahibi yalnız özünün banka olan borcun özünə zamindir. Deməli, bank tərəfindən onun ödənməsi üçün möhlət verilməsi müqabilində müəyyən qədər qazanc alınması riba və haramdır.

Əlbəttə, əgər akkreditiv sahibi, bank tərəfindən borcun ödənilməsi müqabilində borcun özünü və onun müddətli qazancını, misal üçün, iki aya “cüalə” ünvanı ilə qərar verərsə, bu müqavilə “cüalə” müqaviləsinə daxil olacaq və bu zaman onun düzgün olması əsassız deyildir.

Həmçinin bu alverin riba olmasından qurtarmaq və qazancın düzgün olması onu alver müqaviləsinə daxil etmək olar. Çünki bank malın qiymətini xarici pul dəyərində onu ixrac edən şəxsə ödəyir, həmin miqdar xarici pulu da alıcının adına keçirib ölkədə yayılmış pul məbləğınə sata bilər ki, həmin pulun ekvivalenti və qazancı nəzərdə tutulmuş olsun. Bu zaman ödənən və alınan cinslər fərqli olduğundan heç bir problem yoxdur.

Yuxarıda qeyd olunan bütün hallar, hesab tərəfi olan bankın özəl olduğu təqdirdədir. Amma dövlət və müştərək bank olarsa, akredetiv istəyənin borcunu sahibi bilinməyənin əmlakından ödədiyi üçün şəxs şəriət baxımından banka borclu olmur. Buna görə də, borcun özünü onun qazancı ilə yanaşı ödəməyə dair iltizam vermək haram riba qəbilindən sayılmır.