Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Balıq

Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin.

Cavab: Balıq yeməyin halal olmasının iki şərti var:

1. Pullu balıq olmalıdır.

2. Balıqçı onu diri olaraq ovlasın və ya qurduğu torun içində ölsün.

Qeyri müsəlman ölkələrindən idxal edilən balıqlar müsəlmandan alınarsa və ya müsəlman bazarlarında satılırsa, onun ikinci şərti ehtiva etməsinə əmin olmaq mümkündür. Xüsusilə, ticarət məqsədi ilə böyük kəmiyyətdə satılan balıqlar müasir gəmilər vasitəsi ovlanılır və balıqlar sudan diri olaraq çıxarılır. Çox nadir hallarda ölü balıq ora qarışa bilər.

Deməli, əsas birinci şərtə diqqət etmək lazımdır. Balığın dərisi təmizlənməyibsə onun pullu olmasını təyin etmək asandır. Amma konservilərdə olduğu kimi balığın dərisi olmazsa, əgər konservi qutusunun üzərinə tuna və sardin kimi pullu balıq növündən olduğu yazılarsa və istehsalçı ölkə qutu üzərində yazılan xüsusiyyətlərin daxilində olan məhsula uyğun olması qanunlarına ciddi əməl edirsə, həmin balığın halal olmasına əmin olmaq mümkündür. Qeyri hallarda isə müsəlman idxalçı və ya müsəlman bazarındakı satıcı balığın pullu olması şərtinə əməl etməsi nəzərə alınacaq dərəcədə ehtimal edilərsə, həmin şəxslər əhli-sünnə qardaşlarımız kimi pulsuz balığın yeyilməsini halal hesab edənlərdən və yaxud şəriətin qaydalarına biganə yanaşanlardan olmazlarsa, onlara etimad etmək və yemək üçün təklif etdiyi balığı halal hesab etmək mümkündür.

Sual: Əgər bir şəxs çayda tor qurmaq vasitəsi ilə balıq tutarsa, balıq torda qalıb çayın işində ölərsə, həmin balığın yeyilməsinin halal olmasına hökm vermək olarmı?

Cavab: Əgər balıq pullu balıq növündəndirsə, onun yeyilməsi icazəlidir.