Bazar qiyməti

Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını göndərən tərəfə heç bir təsiri yoxdur. Çünki bu qida məhsulları bir daha sahibinə qayıtmır.

Cavab: Artıq qalan miqdar və ya qiyməti hesablanaraq fəqirlərə sədəqə verilməlidir. Əgər yerdə qalan miqdarın bazar qiyməti yoxdursa, ehtiyata əsasən, ondan istifadə edib əvəzini sədəqə vermək lazımdır. Bazara çıxarılan məhsulları araşdıran təşkilat qanunlara riayət etməklə yanaşı araşdırma aparılması üçün imkan daxilində kifayət edəcək miqdarda qida nümunələri götürməlidir. Aidiyyatı təşkilat artıq götürülən qida nümunələrinə görə günah etmiş sayılmır, qida nümunələrinin geri qaytarılması, tələf olduqda isə zamin olması kimi məsuliyyət daşımır. Allah (ən doğrusunu) bilir.

Sual: Əgər qəsb olunan əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, onu geri qaytarmaq istəyən şəxs bazar qiymətindəki fərqin ödənilməsinə zamindirmi?

Cavab: Əgər qəsb olunmuş əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, qiymətin düşməsi əmlaka nöqsan gətirmirsə, əmlakı geri qaytarmalıdır və qiymət fərqinin ödənilməsində zamin deyil.

Sual: Əgər qəsb olunmuş əmlakın bazar qiymət fərqli olarsa, məsələn, qəsb olunduğu yerdə 20, başqa yerdə isə 10 manata və ya əksinə olarsa, burada məkanın rolu varmı? Belə ki, mütləq surətdə məkan əsas götürülməli və əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir? Yoxsa əmlakın xüsusiyyətləri əsas götürülməli və ən baha qiyməti ödənilməlidir?

Cavab: Bu barədə iki rəy vardır; ən döğrusu birinci rəydir. (Yəni əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir). Baxmayaraq ki, ehtiyat tərk olunmamalıdır.

Sual: Filiz və mədənlərdən düzəldilən əşyalar misli (yəni tələf edilərsə sahibinə eynisindən verilməlidir) sayılır, yoxsa düzəldilmiş formadakı qiyməti əsasdır? Yaxud materialına görə misli, formasına görə qiyməti ödənilməlidir?

Cavab: Zahirə əsasən, vəziyyətə görə hökm dəyişir. Əgər əşya nəfis, əql sahiblərinin nəzərində əntiq və tarixi sənət əsəri kimi dəyəri olan əşyalardan və ya nadir sənət əsəri olarsa, bu kimi hallarda əşyanın düzəldilmiş formasının qiyməti əsas hesab olunur. Qəsb edən şəxs həmin əşyanın bazar qiymətini ödəməlidir. Əgər həmin əşyanın insanların istəklərinin fərqli olmasına səbəb olan xüsusiyyətlərinə bənzər əşyalar bazarda olarsa, məsələn, indiki zamanda olduğu kimi zavod və fabriklərin istehsal etdikləri suvinir və ya bəzi (məişət, təsərüfat) alətlərindən olarsa, qəsb edən şəxs həmin əşyanın növ və formada olan mislinə zamindir. Həmçinin, əgər qəsb olunmuş əşyanın formasının heç bir dəyəri yoxdursa, onun formasının olub olmamasının heç bir fərqi yoxdursa, qəsbkar həmin əşyanın materialının mislinə zamindir.

Əgər əşya qeyd olunan iki qismdən deyilsə, zahirə əsasən, materialına görə misli, formasına görə isə bazar qiyməti əsasdır. Məsələn, qızıl və gümüşdən düzəldilmiş zinət əşyaları kimi. Əgər bir şəxs çəkisi iki misqal olan qızıl zinət əşyası qəsb edərsə, həmin əşya tələf olarsa və ya o özü tələf edərsə, düzəldilmiş forması ilə külçə şəklində olan forma arasındakı qiymət fərqinin ödənilməsi ilə yanaşı iki misqal qızıla zamindir.

Sual: Bir şəxs başqasının qaçan miniyini tutmağa, çarpayısında yatmağa, evinə daxil olmağa və ya hər hansı əşyasını satmağa imkan verməsə, buna görə günahkar və zalim olsa da, başqasının mülkünü ələ keçirmədiyi üçün qəsbkar hesab olunmur. Əgər onun maneçiliyindən sonra minik və yataq tələf olarsa, ev dağılarsa və ya malın bazar qiyməti azalarsa, qəsbkar olmadığı üçün qəsb çəhətindən zamin deyil. Lakin başqa çəhətdən zamin hesab olunurmu?

Cavab: Ən doğru rəyə əsasən, sonuncuda, yəni əmlakın bazar qiyməti azaldıqda zaminlik yoxdur. Digərlərinə gəlincə, əgər tələf olması onun maneçiliyinə istinad edilmirsə, belə ki, onun maneçilik etməsinin və ya etməməsinin fərqi olmadan təbii hadisə nəticəsində tələf olarsa, qəti olaraq zaminlik daşımır. Amma tələf onun maneçiliyinə istinad edilirsə, məsələn, minik zəif və ya yırtıcı heyvanların hüçumuna məruz qalacaq bir yerdə olsa da, sahibi onu qoruyurdu. Həmin şəxs maneçilik etikdə onu lazımı şəkildə qoruya bilmədiyi üçün həlak olarsa, bu halda zaminliyin sabit olması uzaq görüş deyil.

Sual: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv etməyə haqqı varmı?

Cavab: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv edə biər. Məsələn, əgər satıcı bilmədən malı bazar qiymətindən güzəşt edilməyəcək dərəcədə həddindən artıq ucuz satdıqdan sonra bunu bilərsə, alış-verişi pozmağa haqqı var. Həmçinin, əgər müştəri bilmədən malı bazar qiymətindən həddindən artıq baha qiymətə alarsa, sonradan aldanıldığı ona məlum olarsa, aldığı malı geri qaytarıb ödədiyi məbləği tələb etməyə haqqı var.

Sual: Ölkədə ən çox istehlak edilən qida məhsulunun möhtəkirlik edərək bazar qiymətinin bahalaşmasını gözləmək icazəlidirmi?

Cavab: Qida məhsullarına - məqsəd ən çox istehlak edilən qida məhsullarıdır - həmçinin, qida məhsullarının hazırlanmasında istifadə edilən yanacaq kimi əşyalara və ya qidanın hazırlanmasında vacib olan duz və yağ kimi məhsullara müsəlmanların və ya canı toxunulmaz olan (kitab əhli kimi) qeyri müsəlmanların ehtiyacı oduğu və heç kimin bazara həmin malları satışa çıxartmadığı halda bazar qiymətinin artamsını gözləyərək möhtəkirlik etmək haramdır.

Sual: Xüms məsələsində mədəndən çıxarılan qızıl və gümüş kimi yeraltı resurusların qiymətinin 15 seyrəfi misqal (20 şəri misqal və ya 20 dinar) miqdarında qızıl sikkə dəyərində olması şərtdirmi?

Cavab: Mədənlərdən çıxarılan qızıl, gümüş, mis, dəmir, kibrit, həmçinin neft və daş kömürün çıxarılma və emal xərcləri hesablandıqdan sonra xümsu verilir. Bu şərtlə ki, çıxarılan miqdarın bazar qiyməti 15 seyrəfi misqal miqdarında olan qızıl sikkə dəyərində və ya daha çox olsun.

Sual: Aldığım əşyaları xüms günü olan qiymətini hesablamalıyam, yoxsa aldığım qiymətə əsasən hesablamalıyam?

Cavab: Aldığın qiyməti deyil, xümsu hesablayarkən mövcud bazar qiymətinə əsasən hesablamalısan.

Sual: Bəzi qida məhsulları dövlət tərəfindən yüksək bazar qiymətindən aşağı qiymətə satılır. Əgər mal sahibi həmin qida məhsullarını istehlak etməsə, bir il keçdikdən sonra onun xümsu dövlətin satdığı qiymətə əsasən hesablanmalıdır, yoxsa bazar qiymətinə əsasən?

Cavab: Xüms verildiyi vaxtdakı qiymətinə əsasən hesablanmalıdır.

Sual: Müsəlman şəxsin nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta dəyişməsi icazəlidir. Sual bundan ibarətdir; əgər bir müsəlman başqa bir müsəlmandan müəyyən məbləğ borc aldıqdan sonra həmin valyutanın bazar qiyməti aşağı düşərsə, borc alan şəxs nə qədər ödəməlidir? Borc aldığı miqdarı, yoxsa odəmə vaxtı həmin valyutanın bazar qiymətini? Əgər borc verən şəxs kafir olarsa, bunun bir fərqi varmı?

Cavab:  Borc verən şəxsin müsəlman və ya kafir olmasından asılı olmayaraq borc aldığı miqdarı ödəməlidir.

Sual: Xarici valyutaları bazar qiymətinə alıb satmaq icazəlidirmi?

Cavab: Nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta alıb satmaq icazəlidir.

Sual: Mükəlləf şəxsin xümsu veriləcək malın bazar qiymətini təxmini olaraq təyin etməsi icazəlidirmi? Belə ki, tacirlərə müraciət etmədən həmin malın bazar qiymətinin ehtimal olunan ən yüksək qiymətini əsas götürməsi icazəlidirmi?

Cavab: Əgər bazar qiymətindən az olmadığına əmin olarsa və ehtiyat edərsə, icazəlidir.

Sual: Əgər bir şəxs birinci mərtəbədə yaşayıb kirayə üçün bir neçə mərtəbə tikərsə, hər il bina tikilərkən işlətdiyi lavazimatların xümsunu hesablamalıdırmı? Bina tikildikdən sonra kirayə verdiyi mərtəbələrin bazar qiymərini nəzərə almaq vacibdir, yoxsa kirayədən əldə olunan qazanc sərmayəyə əlavə olunmalıdır?

Cavab: Həmin mərtəbələrə xərclədiyinin xümsunu verməsi vacibdir. Bundan sonra yalnız il başına (xüms gününə) kirayədən əldə olunan gəlirdən artıq qalan məbləğin xümsu verilməlidir.