Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Bankda işləmək

Bank əməliyyatı iki qisimdir:         

1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər olan şirkətlərin alış-verişləri ilə əlaqədar əməliyyatlar və yaxud şərab ticarəti ilə məşğul olanlar, onların paylarını satmaq, onlar üçün akkreditiv açmaq haram əməliyyatlardan hesab olunur.

Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyil və zəhmət haqqı almaq da olmaz.

2. Yuxarıda qeyd olunan əməliyyat müstəsna olmaqla, caiz olan bank əməliyyatlarında işləmək və əmək haqqı almaq caizidir.

Məsələ 1: Əgər ribalı alış-verişdə artıq verən müsəlman olmasa, istər xarici bank olsun, istərsə də başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq hissəni almaq müsəlmana caizdr. Nəticədə belə ribalı alış-verişin icrası ilə əlaqədar bank əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizidir.

Məsələ 2: İslam ölkələrindəki dövlət banklarında və yaxud müştərək banklarda mövcud olan əmlak sahibi bilinməyən əmlak sayılır ki, şəriət hakiminə müraciət etmədən onları istifadə etmək caiz deyildir. Buna əsasən, belə banklarda işləmək, eləcə də əmlakını islah etmək üçün şəriət hakiminə müraciət etmədən onları istifadə edən alıcılara mal (sərmayə) vermək və ya onlardan mal almaq caiz deyildir. Lakin şəriət hakimi qeyd edilən hallarda belə banklarda işləməyə icazə versə, eybi yoxdur.

Məsələ 3: Cüalə, icarə, həvalə (köçürmə) və İslam ölkələrinin dövlət banklarında mövcud olan sair alış-verişlərin düzgün olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi olmadan bu alış-verişlər düzgün deyildir. Həmçinin İslam ölkələrində dövlət camaatın iştirakı ilə açılan müştərək bankların şəri alış-verişlərində dövlətin payı ilə bağlı alış-verişlərin düzgünlüyü şəriət hakiminin icazəsindən asılıdır.