Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Bankda müdir işləmək olarmı?

Sual: Bankda verilən kreditlə lombardda verilən kredit arasında kəskin fərq var. Məsələn, lombard 1000 dollar kredit verirsə, borclu hər ay 100 dollar ödəyir. Hər ay 100 dollar ödəməsinə baxmayaraq ana borcdan (1000 dollardan) heç nə azalmır. Hətta borclu aylar ərzində götürdüyü borcdan qat-qat artıq pul (faiz) qaytarsa belə ana borc olduğu kimi qalır. Əgər borclu borcunu tam ödəmək istədikdə, aylar ərzində nə qədər faiz ödəməsinə baxmayaraq ana borcu (1000 dolları) cəm halda, birdəfəlik ödəməlidir. Bundan fərqli olaraq bank, məsələn; 1000 dolları 12 ay ərzində müəyyən faizlə kredit verərsə, müştəri hər ay 100 dollar ödəniş edər və 12 aydan sonra borcu tam bitər. Nəticədə belə alınar ki, müştəri bankdan götürdüyü 1000 dolların əvəzinə, 12 ay müddətinə 1200 dollar, yəni 200 dollar artıq pul qaytardı. Bundan əlavə bank hər hansı krediti verdikdə, kredit məbləğinin müəyyən miqdarında komissiya haqqı (nəğd pulun çıxarılmasına və əməliyyat xərcinə görə) tutur. Borclarını vaxtında ödəməyən müştərilərdən şifahi və məhkəmə yolu ilə borcu geri qaytarmaq tələb olunur. Spirtli içkilərə aid heç bir kredit və köçürmə əməliyyatları olunmur. Bank özəl bankdır və dövlət bankı olan mərkəzi bankın verdiyi lisenziya əsasında və dövlətin banklar haqqında qanunu əsasında fəaliyyət göstərir. Səhmdarların vəsaitlərindən əlavə, xarici banklardan cəlb olunan pul vəsaitləri və camaatdan yığılan depozit pullarla kredit verir. Belə bankın filialında müdür vəzifəsində işləməyin hökmü nədir?

Cavab: Haramdır.