Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Bəxşiş

Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi?

Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur.

Sual: Mən benzin və qaz yanacaqları, həmçinin yağ doldurulması stansiyasının sahibkarıyam. Şirkət bizi bu maddələr ilə təmin edir, bizim üçün bir litrə yüz fils (pul vahidi) komission haqqı və məmulatın daşınma haqqı olaraq da əlli fils hesab edir. Fəqət biz maşınların sahiblərinə daşınma haqqını bir litr üçün 225 fils veririk. Nasoslarda işləyən (maşınlara benzin tökən) işçilər isə, bəxşiş də əlavə olaraq, müəyyən olunandan daha artıq əldə edirlər. Bizim işçilər ilə müəyyən faizi almaq üçün razılaşmağa icazəmiz varmı?

Cavab: Əgər işçilər bu maddələri müəyyən olunmuş qiymət ilə satırlarsa, lakin maşınların sahibləri özləri onlara müəyyən məbləğdə bəxşiş verirlərsə, bu yolla əldə etdiklərinin bir hissəsini ayırmalarında heç bir irad yoxdur. Stansiyada işləmə sövdələşməsi daxilində onlarla bunu şərt etməyin isə, maneəsi var. Onların maşın yiyələrini artıq ödəməyə məcbur etmələrinə gəlincə isə, buna icazə verilmir və bu məbləği də xərcləmək halal deyildir.

Sual: (Kənd təsərrüfatı) maşınlarının sürücülərinin kəndlilərdən bəxşiş almalarına haqları varmı? Onu da bilirik ki, hökumət dairəsi onlara maaş təyin edir və hər işçiyə gündəlik yemək verir.

Cavab: İşə düzəlmə sövdələşməsində bu kimi bəxşişi götürməməyə dair onlarla razılaşma olmayıbsa, maneəsi yoxdur.