Cənabət

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı?

Cavab:

1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir.

2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, hətta bir qapıdan girib digərindən çıxmaqla bu iki məscidin içindən keçmək.

3. Bir şey götürmək məqsədi ilə olsa da, məscidlərdə və vacib ehtiyata əsasən, imamların hərəmində dayanmaq. Lakin bir qapıdan girib digərindən çıxmaq şərti ilə oradan keçmək olar. Həmçinin vacib ehtiyata əsasən, kənardan məscidə daxil olmadan və ya içindən keçərərk məscidə bir əşya qoymaq.

4. Vacib səcdə ayəsi olan surələrdən bir ayə belə oxumaq. Vacib səcdə ayəsi olan surələr bunlardır: Səcdə surəsi, Nəcm surəsi, Fussilət surəsi və Ələq surəsi.

Sual: Cənabətli olduğumu yalnız namaz qıldıqdan sonra bildim. Qıldığım namaz düzgündürmü?

Cavab: Namaz batildir. Qüsl edib namazı yenidən qılmaq vacibdir.

Sual: Cənabətli olmuşam və (qüsl üçün) su yoxdur. Nə etməliyəm?

Cavab: Əgər vaxt dar olarsa və su tapacağına ümidsiz olarsansa, namaz üçün təyəmmüm etməlisən.

Sual: Cənabətli şəxs murdar hesab olunurmu? Belə ki, rütubətlə bir şeyə toxunarsa, həmin şey murdar olarmı?

Cavab: Murdar deyil.

Sual: Spermaya oxşayan və damcı halında ifraz olan mayenin hökmü nədir?

Cavab: Spermadan başqa kişidən ifraz olunan spermaya bənzər bütün mayelər pakdır və dəstəmazı pozmaz. Sperma isə dəstəmazı pozar və qüslün vacibliyinə səbəb olar. Spermanın üç əlaməti var: sıçrayışla ifraz olunar, ehtiras və şəhvət hiss olunar, ifraz olduqdan sonra isə bədəndə süstlük yaranar. Əgər bu üç xüsusiyyət olarsa, ifraz olunan maye spermadır.

Sual: Yaxınlıq olmadığı halda qadına cənabət qüslü nə vaxt vacib olur?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən, orqazmdan əvvəl də çıxan maye çox olarsa, eyni hökmü daşıyır.  Sadəcə ehtiras hiss etdiyi vaxt qadından xaric olan rütubət isə heç nəyə səbəb olmur.

Sual: Öhdəsində cənabət qüslü olan şəxsin məscidə daxil olması icazəlidirmi?

Cavab: Məscidul-haram və Məscidun-nəbi istisna olmaqla digər məscidlərdə bir qapıdan daxil olub digərindən çıxmaq şərti ilə keçmək icazəlidir.

Sual: Qadın cinsi yaxınlıqdan öncə ondan bir miqdar maye xaric olub. Yaxınlıq olmadan, yəni kişinin aləti daxil olmadan qadın orqazm olarsa, ondan xaric olan mayenin hökmü nədir?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən, orqazmdan əvvəl də çıxan maye çox olarsa, eyni hökmü daşıyır. 

Sual: Cənabətli şəxsə hansı əməllər məkruhdur?

Cavab: Fəqihlər cənabətli şəxsə aşağıdakı əməllərin məkruh olmasını qeyd etmişlər:

Dəstəmaz almadan və ya qüsl vermədən, yaxud da əlləri yuyb məzməzə edərək (ağız boşluğunu yumaq) üzü yumadan əvvəl bir şey yemək və içmək. Yalnız əllər yumaqla məkruhluğun müəyyən mərtəbəsi aradan gedər.

Vacib səcdə ayəsi olmayan surələrdən 7 ayədən artıq oxumaq. Müstəhəb ehtiyata əsasən, cunub olduğu müddətdə Qurani-kərimdən heç bir şey oxumasın.

Qurani-kərimin yazı olmayan hissəsinə toxunmaq.

Dəstəmaz almadan və ya qüsl əvəzinə təyəmmüm etmədən əvvəl cənabətli halda yatmaq. (Burada təyəmmüm cənabətli halda yatmağın məkruhluğunu aradan aparılması üçündür).

Sual: Cənabət nə vaxt baş verir?

Cavab: Cənabət iki halda baş verir:

1. Kişidən normal  yerdən (sidik kanalı ilə) spermanın xaric olması. Həmçinin əgər başqa bir yerdən təbii olaraq xaric olarsa, hökm belədir. Əks təqdirdə, vacib ehtiyata əsasən, kiçik hədəsli olarsa (dəstəmazsız), həm dəstəmaz, həm də qüsl yerinə yetirməlidir. Zahirə əsasən, sperma olması şübhəli olarsa, sidik vasitəsi ilə istibradan əvvəl ifraz olunan maye sperma hökmündədir. Lakin digər halda şübhəli maye üç xüsusiyyəti (şəhvət, sıçrayış və süstlük) özündə ehtiva edərsə, sperma hökmünü daşıyır. Əks təqdirdə isə, sperma olmasına hökm verilməz.  Qadına gəlincə, ondan sperma ifraz olunmasa da, adətən orqazm olduqda ifraz olunan maye sperma hökmündədir. Amma azacıq ehtiras zamanı ifraz olunan və yalnız fərci rütubətləndirən az maye qüslü vacib etməz.

2. Qadınla ön və ya arxa tərəfdən cinsi əlaqədə olmaq – sperma ifraz olunmasa belə – kişi və qadının hər ikisinə qüslün vacib olmasına səbəb olur. Vacib ehtiyata əsasən, qadından qeyrisi ilə cinsi əlaqədə olarsa, hər iki tərəf qüsl yerinə yetirməli və dəstamazılı deyillərsə, həm də dəstamaz almalıdırlar. Amma dəstəmaz alıblarsa, təkcə qüsl yetərlidir.

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardır?

Cavab:

1. Ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın  Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir.

2. Qurani-kərimin xəttinə toxunmaq.

3. Məscidlərə daxil olmaq. Lakin bir qapıdan girib digərindən çıxmaq şərti ilə oradan keçmək olar.

4. Məscidlərdə dayanmaq.                 

5. Məscidlərə bir əşya qoymaq. Vacib ehtiyata əsasən, hətta içindən keçərərk və ya kənardan məscidə daxil olmadan belə, məscidə bir əşya qoymaq haramdır.

6. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, hətta bir qapıdan girib digərindən çıxmaqla bu iki məscidin içindən keçmək.

7. Vacib səcdə ayəsini oxumaq. Vacib səcdə ayəsi oxuyarkən səcdə edilməsi vacib olan ayələrdir. Vacib ehtiyata əsasən, vacib səcdə ayəsi olan surələrdən heç bir ayə oxumasın. Vacib səcdə ayələri olan surələr  bunlardır: Səcdə surəsi, Nəcm surəsi, Fussilət surəsi və Ələq surəsi.

Sual: Haram yolla cunub olan şəxsin təri murdardırmı?

Cavab: Haram yolla cunub olan şəxsin təri pakdır və onunla (həmin tərə bulaşmış paltar və ya bədənlə) namaz qılmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən, zina, livat və heyizli qadınla yaxınlıq kimi haram olması sabitdirsə, həmin tərdən çəkinmək lazımdır. Amma cinsi əlaqənin haramlığı Ramazan ayında oruclu halda yaxınlıq etməyin haram olması kimi başqa səbəbə görə olarsa – hətta haram olduğunu bilmədiyi və ya unutduğu halda cunub olarsa belə – onun tərinin pak olmasında və həmin tərlə namaz qılmağın icazəli olmasında heç bir maneə yoxdur.

Sual: Az miqdarda, həmçinin, heç bir şəhvət və süstlük olmadan ifraz olunan mayenin hökmü nədir?

Cavab: Pakdır.

Sual: Mən bilmirdim ki, cunub olanda qüsl vermək vacibdir. Bu hökmü bilmirdim. Mənim namaz və orucumun hökmü nədir?

Cavab: Əmin olduğun sayda namaz və orucun qəzasını yerinə yetirmək vacibdir.

Sual: Qadından ifraz olunan hər bir mayə qüslü vacib edirmi?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən orqazmdan əvvəl də çıxan maye çox olarsa, onun hökmü belədir.  Sadəcə ehtiras hiss etdiyi vaxt qadından xaric olan rütubətə gəlincə isə, istər oyaq halda, istərsə də yuxuda xaric olarsa, qüslü vacib etmir.

Sual: Cənabətli olan şəxsin rütubətlə təmas etdiyi hər bir şey murdar olurmu?

Cavab: Heç bir şey murdar olmur.

Sual: Cinsi əlaqə vaxtı tərlədikdə murdarın təmas etmdəyi bilindiyi halda belə, bütün paltarlarım murdar olurmu? Cənabətli olduğum vaxt xörək və ya başqa bir şeyə toxunmağım icazəlidirmi?

Cavab: Murdar olmur. Qurani-kərimin xəttinə və vacib ehtiyata əsasən, Allah-təalanın adından başqa hər şeyə toxunmaq icazəlidir.

Sual: Cənabətli şəxs namaz qıldıqdan sonra şəkk etsə ki, cənabət qüslü verib ya yox nə etməlidir? Əgər şəkk namaz əsnasında baş verərsə nə etməlidir?

Cavab: Əgər namazdan sonra şəkk edərsə, namazını düzgün hesab edəcək. Əgər vaxt varsa, vaxt çıxmamış şəkk yaranarsa və namazdan sonra dəstəmazı pozan hallardan biri baş verərsə, ehtiyata əsasən namazı yenidən qılmalıdır. Lakin məsciddə dayanmaq kimi cənabətdən pak olmaq şərti olan əməllər üçün qüsl yerinə yetirməlidir. Həmçinin qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş verməyibsə paklıq tələb olunan əməl üçün qüsl almalıdır. Əgər qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş veribsə, qüsllə yanaşı dəstəmaz da almaq lazımdır. Əgər cümə qüslü kimi bir qüslü yerinə yetirməyə və ya namazdan sonra yenidən cənəbat qüslünü almağa mükəlləf olduğuna əmin olaraq qüsl edərsə, əlavə dəstəmaz almağa ehtiyac yoxdur. Qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş versə də, qüsllə kifayətlənməlidir.

Əgər namaz əsnasında belə şəkk yaranarsa, ehtiyata əsasən, namaz batildir.

Sual: Əgər bir iki damcı sperma ifraz olunarsa və şəhvət hissi davam edərsə bu hal cənabət hesab olunurmu və qüslü vacib edirmi?

Cavab: Bəli qüsl vacibdir.

Sual: Cənabətli şəxsin müqəddəs hərəmlərə daxil olması icazəlidirmi? Bu yerlərin hökmləri məscidlərin hökmlərinə aid edilirmi?

Cavab: Məsumların (ə) müqəddəs hərəmlərin hökmləri vacib ehtiyata əsasən, məscidlərin hökmlərinə aid edilir. Lakin həmin yerlərin dəhlizləri məsciddən hesab olunması sübut olunmadıqda – necə ki, bəzilərində subut olunmuşdur – bu hökmə aid deyil. Həmçinin hərəmlərin səhnləri bu hökmü daşımır, lakin aid edilməsi müstəhəb ehtiyatdır.