Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Dəyərdən düşmüş valyuta ilə borc ödənişi

Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə daha da ucuzlaşması ehtimalı böyükdür. Sual bundan ibarətdir; əgər mən bir il bundan əvvəl (1000 Azərbaycan manatı 1250 Amerika dollarına bərabər olan vaxtda) bir şəxsə 1000 manat borc vermişəmsə, bu gün həmin borcu hansı məzənnə ilə tələb etməliyəm? Həmin borcu bir il bundan əvvəl verdiyim dəyər əmsalında tələb edim, yoxsa hal-hazırkı dəyər əmsalında? Nəzərinizə çatdırım ki, hal hazırda 1000 Azərbaycan manatı dəyərdən düşərək təqribən, 645 Amerika dollarına bərabərdir.

Cavab: Yalnız həmin 1000 manatı tələb edə bilərsiniz.