Dövlət mülkiyyətindən istifadə etmək barədə sorğu

Bismillahir-rəhmanir-rəhim

Ayətullah-Uzma Seyid Əli Sistani cənabları

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Bir neçə ay bundan əvvəl bizi, hökümət idarələrindən birinə daimi kadr olaraq vəzifəyə təyin ediblər. Sizdən xahiş edirik ki, işimizlə bağlı bəzi problemli məsələlər barədə fətva verəsiniz.

1. Boş vaxtlarda idarənin kompyuterlərindən Qurana, mərsiyəyə və duaya qulaq asmaq, yaxud disklərin vasitəsilə dini mühazirələrə baxmaq və bu kimi şəxsi məqsədlər üçün istifadə etmək caizdirmi?

2. İdarənin tabeçiliyində olan internet şəbəkəsindən yuxarıda qeyd olunan məqsədlər üçün istifadə etmək caizdirmi? Nəzərinizə çatdıraq ki, internetdən istifadə olunsa da, olunmasa da, qoşulma haqqını idarə ödəyir.

3. Dua, fətva və ümumi nəsihətlər yazılmış şəxsi vərəqələri, yaxud dini məsələlərlə bağlı hər hansı bir yazını insanlara fayda verməsi məqsədilə surətini çıxarıb paylamaq üçün idarəyə məxsus surət çıxaran cihazdan istifadə etmək caizdirmi?

4. Şəxsi məqsədlər üçün idarəyə məxsus telefondan istifadə etmək caizdirmi?

Allahın adı ilə!

Qeyd olunan halların heç birində təlimatlara müxalif formada istifadə etmək caiz deyildir.

Əgər yuxarıda qeyd olunan dörd halın cavabı “caiz deyil”- olarsa, bu halda, idarənin baş direktorunun razılığı ilə istifadə etmək caizdirmi?

 

Əgər onun, qeyd olunanlara icazə vermək üçün qanuni səlahiyyəti varsa, maneəsi yoxdur. Əks təqdirdə, caiz deyildir. Bilən Allahdır.