Dənizdə namaz qılmaq

Sual: Bir şəxs dalğıc vəzifəsində işləyir. Əgər suya daxil olduqda namazın vaxtı çatarsa, əvvəlcədən dəstəmazlı olduğu və kompas vasitəsi ilə qibləni təyin edə biləcəyi halda dənizin dibində namaz qılması icazəlidirmi, yoxsa dənizdən çıxdıqdan sonra namaz qılmalıdır? Həmçinin, əgər namazın vaxtı dar olarsa, nə etməlidir?

Cavab: Vaxt geniş olduqda və namazın vaxtı çıxmadan (dənizdən kənarda) bütün şərtlərin ehtiva olunduğu halda namaz qılmaq mümkün olarsa, dənizin içində namaz qılmaq yetərli deyil. Bu halda namazı dənizdən çıxdıqdan sonra qılmaq vacibdir. Amma vaxt dar olarsa, mümkün olduğu formada dənizdə qılmaq icazəlidir.

Sual: Dənizdə katerin içində namaz qılmağın hökmü nədir?

Cavab: İcazəlidir.