Dəri

Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı?

Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır.

Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi araşdırılmasa, hökmü nədir?

Cavab: Yeyilməsi haramdır. Lakin belə bir dəri ilə namaz qılmaq caizdir.

Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabdan, rütubəti içindəkini nəcis edərsə, bir şey yemək və ya içmək halaldırmı?

Cavab: Haramdır.

Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabı, rütubəti içindəkini nəcis edərsə, dəstəmaz, qüsl və təmiz bir şeylə yerinə yetirilməsi lazım olan işlərdə istifadə etmək olarmı?

Cavab: Gərək istifadə olunmasın. Müstəhəb ehtiyata əsasən, ümumiyyətlə it, donuş və leş dərisindən hazırlanmış qab istifadə olunmasın.

Sual: Namaz qılanın paltarı, əti yeyilməyən heyvanların dərisindən olarsa, hökmü nədir?

Cavab: Vacib ehtiyata əsasən, əti yeyilməyən heyvanların dərisindən olmamalıdır.

Sual: Tülkü və bu kimi heyvanların, şəriət qaydalarında açıqlandığından başqa bir şəkildə öldürülərsə və yaxud özü ölərsə, dərisinin alqı-satqısı caizdirmi?

Cavab: Bu halda, vacib ehtiyata əsasən, onun dərisinin alqı-satqısı caiz deyildir. Amma şübhəli olarsa, maneəsi yoxdur.

Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dərinin alqı-satqısı caizdirmi?

Cavab: Heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, caizdir.

Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə namaz qılmaq olarmı?

Cavab: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə, heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, onunla namaz qılmağın maneəsi yoxdur.