Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Dövlət müəssisələrində işləmək

Sual: Dövlət müəssisində işləyib aylıq əmək haqqı alan şəxsin heç bir səbəb olmadan iltizamsızlıq edərək işə gəlməməsi və əmək haqqını da tam şəkildə alması, icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: İş maraqlarına zidd olmadığı təqdirdə, işdə yatmaq icazəlidirmi?

Cavab: İş maraqlarına zidd olmasa belə, əmək müqaviləsini pozmaq, icazəli deyil.

Sual: Müəllimin dərs zamanı (dərs saatı ərəfəsində) səhər saatlarında 3-4 dəfə dəstəmazını təzələmək məqsədilə (sinifdən) xaric olması, icazəlidirmi?

Cavab: Bu, əmək müqaviləsini pozmaq sayılarsa, icazəli deyil.

Sual: Sizin rəyinizə görə, tədris müəssisələri, yaxud dövlət idarələri kimi yerlərdə nizam-intizamı pozmaq, haramdır. Əgər nizam-intizamı pozmaq işin gedışatına xələl gətirməsə, haram hökmü qüvvədə qalırmı?

Cavab: Şəriətdə nizam-intizamı pozmaq, icazəli deyil.

Sual: Qeyri-qanuna yolla işə təyin olunan işçinin vəzifəsi nədir?

Cavab: İslam ölkələrində qanunları pozmaq, icazəli deyil. Amma təyinatdan sonra işçi ixtisas və səriştə baxımından lazımi səviyyədə olarsa, aldığı əmək haqqı halaldır.

Sual: Həkimlərin çoxu gərgin gecə növbəsilə yanaşı, səhərlər də eyni yorucu işlə məşğul olurlar. Həkimə, dövlət tərəfindən onun üçün nəzərdə tutlmayan əlavə vaxtın müqabilində xəstələrdən pul alması, icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Mən dövlət müəssisəsində çalışıram və özümün ayrıca xüsusi işim də var. Dövlət müəssisəsinin rəsmi iş vaxtı əsnasında hər gün bir, yaxud iki saat öz xüsusi işimlə məşğul ola bilərəmmi?

Cavab: Əgər əmək müqaviləsində rəsmi iş vaxtı ərəfəsində başqa işlə məşğul olmamaq barədə səndən əhd alınıbsa, icazəli deyil.