Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən istəfadə etmələri barədə sorğu

Bismillahir-rəhmanir-rəhim

Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Sistaninin dəftərxanası

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Bildiyiniz kimi, savaş meydanlarında döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən istifadə etmələri onların baş və sinələrini güllə və qəlpə kimi təhlükələrdən qoruması üçün əhəmiyyət kəsb edir. Lakin terrorçulara qarşı döyüşən qardaşlarımızdan bir çoxu mövcud təhlükələrə səhlənkar yanaşaraq, yaxud havanın temperaturunun həddən artıq yüksək olması üzündən həmin geyimlərə əhəmiyyət vermirlər. Möhtərəm müctəhidimizin onlara tövsiyəsi nədir? Bunu bizim üçün açıqlayın, Allah Sizə savab versin!

Bismillahir-rəhmanir-rəhim

Döyüşçü qardaşlara – Allah-təala onları qorusun və düşmənləri üzərində qalib qərar versin! – bu halda hərbi təlimatlara tabe olmaları və onları ciddi xəsarətlərdən qoruyan (hərbi) təchizatların istifadəsində səhlənkarlıq etməmələri vacibdir. Havanın temperaturunun həddən artıq yüksək olması kimi hallar, təlimatlardan yayınmağa əsas vermir. Allah müvəffəq edəndir!

1 – Şəvval – 1436 

(18. 07. 2015)