Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

Bismillahir-rəhmanir-rəhim

Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın üzünün göstərilməsinə icazə verdiyini söyləyirlər. Bu xəbər doğrudurmu?

Allah Sizə ən yaxşı mükafatı versin.

Təşəkkür edirik.

Bismillahir-rəhmanir-rəhim

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Nəql olunanlar doğru deyildir. Qeyd olunan serialın mətni, nümayiş olunmamışdan əvvəl, Seyid cənablarına təqdim olunmayıb. O, məsumların(ə) rolunu ifa edən aktyorun üzünü göstərməyin icazəli olması barədə bəyanat verməyib. Bundan başqa deyilən də puçdur.