Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Ər və arvadın bir-birini tərk etməsi

Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına görə ərsiz qala bilmədiyini iddia edir. Belə olan təqdirdə boşanıb istədiyi biri ilə evlənməsi üçün şəriət hakimindən onun talağının verilməsini tələb edə bilərmi?

Cavab: Əgər kişi arvadı tərk edib ondan ayrılarsa, arvad şəriət hakiminə müraciət edə bilər. Bu zaman ər iki işdən birini yerinə yetirməlidir; ya arvadına geri dönməli, ya da onu boşamalıdır ki, başqa kişi ilə evlənə bilsin. Əgər hər ikisini rədd edərsə və hər hansı birini qəbul etməkdə məcbur edilməsə, şəriət hakiminin, qadının tələbinə əsasən onu boşaması icazəlidir. Lakin qadın boşanmağa zəmin yaradacaq heç bir səbəb olmadan ərini tərk edib ondan ayrılarsa, şəriət hakimi tərəfindən talaq verilməsi mümkün deyil.

Sual: Müsəlman bir kişi müsəlman bir qadınla ailə həyatı qurmuş, lakin elə vəziyyət yaranmışdır ki, uzun müddətdən bəri onlar bir-birindən ayrı yaşayırlar. Bu halda, müsəlman arvadının xəbəri olmadan kitab əhlindən olan qadınla müvəqqəti və ya daimi evlənmək ər üçün icazəlidirmi? Əgər müsəlman arvadından icazə istəsə və o da icazə versə onun kitab əhlindən olan qadınla evlənməsi icazəlidirmi?

Cavab: Müsəlman kişinin kitab əhlindən olan qadınla evlənməsi mütləq surətdə vacib ehtiyata ziddir. Əgər kişinin müsəlman zövcəsi yoxdursa, yəhudi və xristian qadınla müvəqqəti evlənmək onun üçün icazəlidir. Amma zövcəsi varsa, onun izni olmadan icazəli deyil. Hətta, onun (müsəlman zövcənin) izni olsa belə,  vacib ehtiyata əsasən, icazəli deyil.

Sual: Müsəlman qadınla ailə həyatı qurmuş müsəlman kişi öz ölkəsindən hicrət etmişdir. Zəruri ehtiyac yarandığı üçün müəyyən müddət üçün arvadının talağını vermiş və hələ zövcəsi iddədə olduğu vaxtda kitab əhlindən olan qadınla müvəqqəti nigah bağlamışdır. Bu iş icazəlidirmi?

Cavab: Qeyd olunan müvəqqəti nikah batil hökmündədir. Çünki “rəci” talaq iddəsində olan qadın zövcə hökmündədir. Müsəlman qadının üstünə kitab əhlindən olan qadınla evlənməyin icazəli olmadığını qeyd etmişik.