Əqiqə qurbanı

Sual: Əqiqə qurbanı vacibdirmi?

Cavab: İstər oğlan, istərsə də qız uşağı olsun, doğumunun yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsimi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün əqiqə qurbanı kəsməsələr, həddi-buluğa çatıb böyüdükdən sonra özü üçün əqiqə kəsə bilər. Həmçinin bir şəxs üçün sağlığında əqiqə qurbanı kəsilməyibsə, vəfatından sonra onun üçün əqiqə kəsmək müstəhəbdir. Əqiqə qurbanı üç heyvandan biri olmalıdır: qoyun-keçi, inək və dəvə. Əqiqə qurbanının əvəzindən qiymətini sədəqə vermək yetərli deyil. Lakin ümumiyyətlə qurban kəsmək kifayət edir. Əgər qurban kəsərsə, əqiqənin əvəzi olaraq kifayət edər. Həmçinin müstəhəbdir ki, əqiqə qurbanı kök heyvan olsun. Hətta hədisdə “ən xeyirli əqiqə kök olanıdır” – deyə buyurulur. Bəzi rəylərdə vacib qurbanlığın eyiblərdən sağlam olması, dəvədirsə yaşı 5 ildən, inək və keçidirsə 2 ildən, qoyundursa 7 aydan az olmaması, əqiqəyə də şamil olması, deyilir. Lakin bu hökm sabit deyil. Bəzi hədislərdə buyurulub: “Əqiqə bir qoyundur, qurbanlıq kimi deyil. Hər hansı bir heyvan kəsmək yetərlidir”.

Sual: On yaşında vəfat etmiş qız uşağının vəfatından sonra savab qazanmaq məqsədilə onun üçün əqiqə kəsmək olarmı?

Cavab: Müstəhəbdir.

Sual: Mən dünyaya gəldikdə ailəm mənim üçün əqiqə kəsməmişdir. Mən indi özüm üçün əqiqə kəsə bilərəmmi? Əqiqənin xüsusiyyətləri necə olmalıdır?

Cavab: İcazəlidir. Onun vacib qurbanlıq kimi müəyyən şərtləri yoxdur. Bütün şərtləri müstəhəbdir.

Sual: Əgər valideynlər vəfat etdiyinə görə bacılardan biri əqiqənin xərclərini öz öhdəsinə götürürsə, əqiqənin ətindən  bacıların  və onların övladlarının yeməsi icazəlidirmi?

Cavab: Dolanışığı əqiqəni kəsən şəxsin öhdəsində olanların yeməsi məkruh olaraq icazəlidir.

Sual: Əqiqənin sümüklərini toplayıb basdırmaq vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Bir il yarım bundan əvvəl bir oğlanum dünyaya gəldi. Onun üçün əqiqə kəsməmişəm. İndi mənim şəri vəzifəm nədir?

Cavab: Əqiqə müstəhəbdir.

Sual: Əqiqənin erkək və ya dişi olması uşağın oğlan və ya qız olmasından asılıdırmı? Validenlərin əqiqənin ətindən yemələri haramdırmı? İraqda yaşayan valideynlərimə mənim əvəzimdən əqiqə kəsmələri üçün pul göndərsəm olarmı?

Cavab: Əqiqə qurbanında oğlan və ya qız uşağı arasında heç bir fərq yoxdur. Valideynlərin onun ətindən yemələri haram deyil, sadəcə olaraq məkruhdur. Əvəzindən əqiqə kəsəcək birinə pul göndərməyinin heç bir maneəsi yoxdur.

Sual: Əqiqənin hökmləri hansılardır?

Cavab: Dünyaya yeni gəlmiş uşaq üçün əqiqə kəsmək müstəhəbdir. Əqiqə qurbanı kəsilən heyvanın sümüklərini doğramamaq daha yaxşıdır. Lakin əti sümükdən ayırmaq olar. Həmçinin onu bişirmək və  möminlərdən bir dəstəsini ziyafətə dəvət etmək olar. Əqiqənin ətindən atanın və onun öhdəsində olanlardan hər hansı birinin yeməsi, xüsusilə də, ananın yeməsi məkruhdur. Müstəhəb ehtiyata əsasən (valideyinlərin əqiqənin ətindən yemələri), tərk olunmalıdır.

Sual: Əqiqə və onun hökmü nədir? Kimə paylanılmalıdır? Onun ətindən ev əhli yeyə bilərmi, yoxsa hamısı paylanılmalıdır? Əqiqənin sümüyünün hökmü nədir?

Cavab: Yeni dünyaya gəlmiş uşaq üçün əqiqə kəsmək müstəhəbdir. Daha yaxşı olar ki, 7-ci günü kəsilsin. Əti paylanılmalıdır. Valideynlərin və atanın öhdəsində olan şəxslərin onun ətindən yeməsi məkruhdur. Müstəhəbdir ki, əqiqə qurbanının sümükləri doğranılmasın.

Sual: Yeddinci gündən əvvəl əqiqə kəsmək düzgündürmü, yoxsa məhz yeddinci günü kəsmək müstəhəbdir?

Cavab: Yeddinci gündən əvvəl kəsmək düzgündür. Lakin yeddinci günü kəsmək daha yaxşıdır.

Sual: Əqiqəni kəsib bişirmədən və ya paylamadan öncə istər səhlənkarlıq üzündən, istərsə də səhlənkarlıq olmadan əqiqə tələf olarsa, onun müstəhəbliyi yerinə yetirilmiş hesab olunurmu?

Cavab: Hesab olunmur.

Sual: Əqiqə kəsmək vacibdirmi? Əgər ata əqiqə kəsmək istəmirsə, bunun hökmü nədir?

Cavab: Vacib deyil. Atadan başqası da, bunu yerinə yetirə bilər.

Sual: Övladların ata və ya ananın əqiqəsindən yemələri icazəlidirmi?

Cavab: Əqiqə ətindən atanın və onun öhdəsində olanların, xüsusilə də, ananın yeməsi məkrudur.

Sual: Əqiqənin şərtləri və müstəhəb əməlləri hansılardı?

Cavab:

1) İstər oğlan, istərsə də qız uşağı üçün əqiqə qurbanı kəsmək müstəhəbdir. Uşaq doğulduqdan sonra yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsilməsi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün əqiqə qurbanı kəsməsələr həddi-buluğa çatıb böyüdükdən sonra özü üçün əqiqə kəsə bilər. Hətta bir şəxs üçün sağlığında əqiqə qurbanı kəsilməyibsə vəfatından sonra onun üçün əqiqə kəsmək müstəhəbdir.

2) Əqiqə qurbanı üç heyvandan biri olmalıdır: qoyun-keçi, inək və dəvə. Əqiqə qurbanı əvəzindən qiymətini sədəqə vermək yetərli deyil. Lakin ümumiyyətlə qurban kəsmək kifayət edir. Əgər qurbanı kəsərsə, əqiqənin əvəzi olaraq kifayət edər.

3) Əqiqə qurbanının kök heyvan olması müstəsəbdir. Hətta hədisdə “ən xeyirli əqiqə kök olanıdır” – deyə, buyurulur. Bəzi rəylərdə vacib qurbanlığın eyiblərdən sağlam olması, dəvədirsə yaşı 5 ildən, inək və keçidirsə 2 ildən, qoyundursa 7 aydan az olmaması, əqiqəyə də şamil olması, deyilir. Lakin bu hökm sabit deyil. Bəzi hədislərdə buyurulub: “Əqiqə bir qoyundur, qurbanlıq kimi deyil. Hər hansı bir heyvan kəsmək yetərlidir”.

4) Əqiqə qurbanının sümüklərini sındırmadan ətini doğramaq lazımdır.

5) Müstəhəbdir ki, əqiqə ətinin ¼-ni uşaq doğularkən (anaya yardım edən) uşağı qəbul edən qadına pay olaraq verilsin və həmin pay bud və qol olsun. Əqiqəni çiy ət və ya bişmiş halda paylamaq olar. Həmçinin bişirib bir dəstə mömini ziyafətə dəvət etmək olar. Daha yaxşı olar ki, dəvət olunanların sayı on və daha çox olsun.

6) Atanın və onun öhdəsində olanların, xüsusilə də, ananın əqiqə ətindən yemələri məkruhdur. Hətta müstəhəb ehtiyata əsasən, ana onun ətindən yeməsin.