Ərəfatda durmaq

Sual: Bəzi mürşidlər həcdə əhli-sünnə ilə (onların təqviminə əsasən Ərəfatda) durmağın kifayət etmədiyini bəyan edərək orada durmaq zamanının fərqli olmadığı vaxtda həcci yerinə yetirməyi əmr edirlər. Bəzi mürşidlər hacını şəri ölçülərə əsasən, zil-hiccə ayının doqquzuncu günü “Ərəfə” çölünə qayıtmaqla vəzifələndirirlər. Onlardan bəzisi isə əhli-sünnə ilə (Ərəfatda onlarla eyni vaxtda durarkən) həccin düzgün olduğunu deyirlər. Sizin bu barədə rəyiniz nədir?

Cavab: Biz əhli-sünnə ilə həccin (Müzdəlifə və Ərəfatda durmaq vaxtının) ayın sabit olması üçün şəri ölçülərin tələblərinə zidd olduğu təqdirdə, nə kifayət etməsi, nə də kifayət etməməsi barədə, fətva vermişik. Bizim təqlidçılərimiz bu məsələdə başqa fəqihə müraciət edə bilərlər. Amma ehtiyata əsasən, hər iki durmanı (Müzdəlifədə və Ərəfatda durmanı) şəri ölçülərə uyğun olan vaxtda yerinə yetirsin. Çox yaxşı olar ki, təhlükə olmadığı halda bunu bacaran, (hər iki durmanı şəri ölçülərə uyğun vaxtda) yerinə yetirsin. Əksinə, bu lazımdır. Əks təqdirdə, (şəri ölçülərə uyğun olmasa belə Müzdəlifə və Ərəfatda əhli-sünnə ilə durmağın) kifayət etdiyini söyləyən fəqihə müraciət etsin.

Sual: Siz “Həcc ibadətləri” kitabında qeyd etmisiniz ki, “Əgər ay bizim nəzərimizdə mötəbər olan yollarla sabit olmasa, amma müqəddəs yerin qazisinin nəzərində sabit olsa və mükəlləf şəxs də hər iki durmanı (Müzdələfə və Ərəfatda durmanı) həmin qazinin rəyinə əsasən yerinə yetirsə, - mükəlləf şəxs istər qazinin hökmünün həqiqətə zidd olduğunu bilsin, istərsə də buna ehtimal etsin - onun həccinin düzgünlüyü mübahisəlidir.” Sual belədir; Siz hər iki halda həccin batil olmasına fətva verirsiniz, yoxsa bu məsələdə ehtiyat edirsiniz?

Cavab: Biz bu məsələdə vacibə əsasən, ehtiyat edirik. Bizim təqlidçilərimiz bu məslədə, bizdən sonra daha elmli olan müctəhidə müraciət etmək şərtilə, həmin başqa müctəhidə müraciət edə bilər.