Əyləncə və çalğı alətləri

Sual: Qaval və təbil müştərək alətlərdən sayılırmı? Toylarda həmin alətlərdən əyləncə üslubu olmadan istifadə etmək, icazəlidirmi?

Cavab: Əgər çalğı, əyləncə və oyun məclislərinin musiqisinə uyğun olsa, icazəli deyil.

Sual: Əyləncə alətlərinin alış-verişi, icazəlidirmi?

Cavab: Haram edilmiş əyləncə alətlərinin alış-verişi icazəli olmadığı kimi, onları düzəltmək və bunun müqabilində zəhmət haqqı almaq da, icazəli deyil.

Haram edilmiş əyləncə aləti dedikdə, istehsal formasına əsasən maliyyə dəyərinə malik olan və buna görə də əksər insanların haram əyləncə üçün istifadə etdikləri alət nəzərdə tutulur.

Sual: Uşaqların əylənməsi üçün nəzərdə tutulan musiqi alətlərini düzəltmək, yaxud alış-verişini etmək, icazəlidirmi? Böyüklərin onlardan istifadə etməsi, icazəlidirmi?

Cavab: Onlardan (istifadə edərkən) əyləncə və oyun məclislərinə uyğun musiqi sədası gələrsə, nə alış-verişi, nə də mükəlləf şəxs tərəfindən istifadəsi icazəlidir.

Sual: Tütək, müsiqi diskləri və bu kimi haram edilmiş əyləncə alətlərinin alış-verişi, haramdır. Amma uşaqların əylənməsi üçün nəzərdə tutulan əyləncə alətlərinin alış-verişi, icazəlidirmi?

Cavab: Əgər haram edilmiş əyləncə alətlərindən hesab olunmasa, icazəlidir.