Əhli-sünnə təqviminə əsasən iftar etmək

Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir?

Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt namazını qılmalıdır. Lakin məzhəbimizə əsasən, (şam namazının qılınma və iftar) vaxtı əhli-sünnə məzhəbində olduğu kimi Günəş dairəsinin itməsi ilə deyil, şərq tərəfdəki qırmızılığın aradan getməsi ilə baş verir. Bu isə ölkələrə və vaxtlara əsasən, əhli-sünnənin şam azanından 15 dəqiqə və ya daha çox sonra baş verir. Baxmayaraq ki, Günəşin dairəsinin itməsi ilə şərqdəki qırmızılığın da aradan getməsini gözləmək ehtiyata əsaslanır. Hər halda əgər İraqda və ya İordaniyada əhli-sünnənin azan vaxtına əsasən iftar edərsə, (tutduğu orucların) qəzasını yerinə yetirməsi vacibdir. Əgər hökmü bilərək belə edərsə, onun kəffarə də yerinə yetirməsi vacibdir.