Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Əhalinin artımına nəzarətin hökmləri

Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi?

Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir.

Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin hökmü nədir?

Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Bu məsələdə, əri razı olsa da, olmasa da hökm eynidir.

Sual: Qadın hamiləliyin qarşısını almaq üçün spiraldan istifadə edə bilərmi?

Cavab: Qadın, sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, hamiləliyin qarşısını almaq üçün spiraldan istifadə edə bilər.

Sual: Qadını hamiləliyinin qarşısını alan spiralı, onun rəhminə kişi həkim qaya bilərmi?

Cavab: Rəhmin daxilinə dərman qoymaq haram baxış və yaxud haram toxunuşa səbəb olarsa, ərindən başqa bir şəxsin bunu etməsi, caiz deyildir. Amma uşağa qalmağın ona ziyan etməsi kimi zərurət halı, istisnadır. Bu hal, rəhmdə formalaşmış spemanın tələf olmasına səbəb olacağını bilmədiyi təqdirdə, caizdir. Əks təqdirdə, ehtiyata əsasən, bu işi tərk etməlidir.

Sual: Qadın bir daha uşağa qalmaması üçün əməliyyat oluna bilərmi?

Cavab: Yumurtalıq kimi orqanın kəsilməsi nəticəsində sağlamlığına ciddi bir zərər vermədiyi halda, qadının əməliyyat yolu ilə bird aha uşağa qalmaması, caizdir. Əlbəttə, əgər əməliyyat haram baxmağa və yaxud haram toxunmağa səbəb olacaqsa, bu işi ərindən başqasının etməsi caiz deyildir. Lakin uşağa qalmasının ona zərəri olması kimi zərurət halı, istisnadır. Qeyd olunan hökm, tamamilə kişiyə də şamildir.

Sual: Sperma formalaşdıqdan sonra qadının onu saldırması caizdirmi?

Cavab: Sperma formalaşdıqdan sonra qadının onu saldırması caiz deyildir. Lakin onu daşıdığı halda, ananın canına zərər vurarsa və hal hazırda da dölə ruh daxil olmayıbsa, caizdir. Lakin dölə ruh daxil olduqdan sonra onu saldırmaq, mütləq şəkildə caiz deyildir. Əgər ana onu saldırarsa, onun diyəsini (qan bahasını) – bunun miqdarı “Diyat” kitabında göstərilmişdir – atasına, yaxud digər varislərinə ödəməlidir. Əgər ata onun saldırılmasına səbəb olarsa, diyəsini anasına ödəməlidir. Dölün düşməsinə, həkim səbəb olarsa, diyəsini həkim ödəməlidir. Əlbəttə, varislər diyəni bağışlasalar, bir şey ödəməsinə ehtiyac olmaz.