Həbvə

Sual: Həbvənin hökmü nədir?

Cavab: Meyitin əynindəki paltarı, üzüyü, qılıncı və Quranı miras bölgüsünə daxil edilmədən böyük oğula verilir.  Lakin qol saatı, kitabları kimi digər məxsusi əşyaları bu hökmə aid deyil. Zireh, qalxan və nizə kimi digər döyüş lavəzimatlarnının həbvədən sayılması şübhəlidir. Zahirə əsasən, bu kimi əşyalar həbvəyə daxil deyil. Bəli, vacib ehtiyata əsasən  tüfəng, xəncər  və bu kimi silah-sursat, həmçinin minik digər varislərlə razılaşıdırılaraq götürülməlidi. Qılınc qınının və qəbzəsinin qılınca aid olması, eləcə də  Quran qabının Qurana aid olması həmçinin onları daşımaq üçün istifadə olunan kəmər və ya çantanın da bu hökmü daşıması uzaq görüş deyil.  Amam qızıl üzük, ipək paltar kimi istifadə edilməsi haram olan əşyaların həbvədən sayılması şübhəlidir. Əgər mərhumun əlləri kəsilmiş olarsa, qılınc həbvədən sayılmaz.  Həmçinin mərhum kor olarsa, Qurani-kərim həbvəyə daxil deyil. Lakin bu hal təsadüf nəticəsində baş verərsə və bu əşyaları əvvəlcədən özü üçün almışdısa, həbvədən hesab olunar.

Sual: Həbvədə əsas nədir?

Cavab: Həbvənin mirasdan olması əsas deyil. Əgər miras elə həbvədən ibarət olarsa, əqvaya ( daha güclü rəyə) əsasən yenə də böyük övlada həbvə verilməlidir. Baxmayaraq ki, ehtiyata əməl edilməlidir.

Sual: Həbvə varislərdən kimə məxsusdur?

Cavab: Həbvə oğlan övladlarından ən böyük olana məxsusdur. Əgər  əkiz, üçəm və ya dördəm olaraq bir neçə oğlan övladı olarsa və onların içərisində böyük olmasa, həbvə onların arasında bərabər bölünməlidir. Əgər bir oğlan övladı və ya oğlanla yanaşı qız övladı da olarsa və qız  ondan böyük olsa da, həbvə oğlana verilməlidir.