Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Heyvanlar

Sual: Mən it xoşlayıram. Bilmək istiyirəm it alıb həyətimdə saxlamağım icazəlidirmi?

Cavab: İt alıb satmaq icazəli deyil. Həyətdə it saxlamaq icazəlidir. Lakin it murdar olduğu üçün rütübətlə təmas etdiyi hər bir şeyi murdar edər.

Sual: Evdə pişik saxlamağın hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: Dövşan saxlamaq icazəlidirmi? Həmçinin dovşan ətinin halal olmasını qəbul edənlərə - aldıqdan sonra yeyəcəyini bildiyim halda - dovşan satmaq icazəlidirmi?

Cavab: Hər iki işin (dovşan saxlamaq və satmaq) eybi yoxdur.

Sual: Ətinin yeyilməsi haram olan yırtıcı heyvanların alış-verişi icazəlidirmi?

Cavab: Ətinin yeyilməsi haram olan şir, canavar, tülkü, fil, aslan, ayı və  başqa yırtıcıların,  pişik kimi heyvanların, həmçinin, delifinin əgər bazar qiyməti veriləcək halal mənfəətləri varsa, alış-verişi icazəlidir. Baxmayaraq ki, bəzi alimlərin nəzərində ov üçün olmayan it və donuzun alış-verişi bu hökmdən istisna edilir.

Sual: İlan saxlayıb onun alış-verişi ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Əgər halal mənfəət üçün istifadə edilərsə, icazəlidir.

Sual: Mənim zoomağazam var. İt alış-verişi ilə də məşğul olamq istəyirəm. Bu icazəlidirmi?

Cavab: Şəriətdə it və donuz üçün dəyər qəbul olunmur. Lakin sən müştəridən pul alıb itdən əl çəkə bilərsən. Öz növbəsində də o, itə sahib çıxaraq onu götürə bilər.

Sual: Sahiblərinin razılığı ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi?

Cavab: Əgər əmlakın tələf olmasına səbəb olmasa, məkruh olaraq icazəlidir.

Sual: Kərtənkələ öldürmək qüslə səbəb olurmu?

Cavab: Buna görə qüsl vermək vacib deyil. Baxmayaraq ki, məşhur fəqihlərin rəyinə əsasən, qüsl vermək müstəhəbdir.

Sual: Qazanc məqsədi ilə dovşan saxlayıb satmağın hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: İtə əl vurmaq icazəlidirmi? Əgər itə əl vurularsa nə etmək lazımdır?

Cavab: İtə əl vurmaq icazəlidir. Lakin itə rütubətli halda əl vurarsa, bir dəfə su ilə yuylduqda pak olar.

Sual: Əyləncə məqsədi ilə evdə it saxlamağın hökmü nədir? Onun toxunduğu yerlər murdardırmı?

Cavab: Eybi yoxdur. Lakin onun rütubətlə toxunduğu hər bir şey murdardır.

Sual: Dəvəquşu saxlamaq, onu kəsib ətindən yeməyin hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: Mənim kiçik bir pişiyim var. Onu evin içində saxlaya bilərəmmi?

Cavab: İcazəlidir. Pişik murdar deyil.

Sual: Evdə tülkü kimi hənutlanmış heyvan cəsədi olarsa, orada namaz qılmağın hökmü nədir?

Cavab: Heç bir maneəsi yoxdur. Lakin heykəl olan evdə, hətta qiblə cəhətində olmasa belə, namaz qılmaq məkrudur.

Sual: Qanı sıçrayıcı olan heyvan  nə deməkdir?

Cavab: Boğazı kəsildikdə qanı sıçrayışla çıxan heyvanlar.

Sual: İtə əl vurmaq icazəlidirmi?

Cavab: İcazəlidir, lakin itə rütubətli halda əl vurarsa, bir dəfə su ilə yuylduqda pak olar.

Sual: “Cəllal heyvan” nə deməkdir? Onun təri pakdırmı?

Cavab: İnsan nəcisi ilə qidalanan heyvan “cəllal heyvan” adlanır. Əgər həmin heyvan dəvədirsə istibra edilmədən (şəriətin təyin etdiyi müddət ərzində həmin heyvanın nəcislə qidalanmadan kənar tutulması) əvvəl təri murdardır. Ehtiyata əsasən isə, nəcislə qidalanan bütün heyvanların təri murdardır.

Sual: Pişiklərin bədəni istər quru, istərsə də yaş olarsa murdardırmı?

Cavab: Pişik pakdır. Heyvanlardan yalnız it və donuz murdardır.

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi?

Cavab: İcazəli deyil. Lakin it alıbsa, onu satmaq istəsə, müəyyən məbləğ müqabilində onu tərk edə bilər.

Sual: Pişik və it kimi heyvanları öldürmək icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Tutuquşunun zıl və sidiyinin hökmü nədir?

Cavab: Pakdır.

Sual: Heyvanların cinslərini bəyan edə bilərsinizmi?

Cavab: Qoyun və keçi eyni cinsdir. İnək və camış bir cinsdir. İki və bir hörgüclü dəvə eyni cinsdir. Quşlarının hər sinfinin öz adı vardır. Lakin başqa cinslər müqabilində vahid cins hesab olunur. Sərçə göyərçindən fərqlidir. Göyərçin olan hər bir quş başqa quşlar müqabilində vahid cins hesab olunur. Xırda qur-qur quşu və göyərçin eyni cinsdir. Balıqlar sinflərinə görə müxtəlif cinsləri var.

Hər bir vəhşi heyvan ev heyvanlarından fərqlidir. Məsələn, ev heyvanı olan inək vəhşi inəkdən fərqlidir. Onların ətlərinin qiymətinin fərqli olması birinin digərindən üstün olması icazəlidir. Həmçinin ev ulağı və vəhşi ulaq, ev qoyunu ilə vəhşi qoyunun da hökmü eynidir.

Sual: Bəzən qoyun başı (xaş) bişirirlər. Bəzi insanlar başın içərisindəki beyini də yeyirlər. Beyin, dil və gözün yeyilməsi halal, yoxsa haramdır?

Cavab: Bütün bunlar halaldır. Yalnız beyinin içərisində noxud həcmində kül rəngli yumuru düyün haramdır.

Sual: Biz ovla məşğul oluruq. Ov edərkən ov məqsədi ilə əhəlləşdirilmiş itlərdən istifadə edirik. Ov əsnasında bilərəkdən və ya bilməyərəkdən itlə təmasda oluruq. Bu növ itlər murdardırmı? Ovu itin ağzından alarkən bilmədən ona toxunmağın hökmü nədir? Belə itləri evdə saxlamağın hökmü nədir? Bu iş icazəlidirmi?

Cavab: İtin murdar olması məsələsində ov üçün əhəlləşdirilmiş itlərlə qeyrisinin arasında heç bir fərq yoxdur. Onun ağzının suyuna və rütubətlə bədəninə təmas olarsa murdar olar. Müəyyən məkanın və əşyaların murdar olmasından çəkinmək üçün daha yaxşı olar ki, evdə it saxlanılmasın. Bunula da namazda, yemək və içməkdə murdardan çəkinməyin vacib hökmünü yerinə yetirmək mümkün olar. Həmçinin evdə it saxlamaq övladların tərbiyəsinə mənfi təsir edir. Allah doğrusunu bilir!