Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Həna yaxmaq

Sual: Həna zinət hesab olunurmu?

Cavab: Bəli, həna qadının yad kişi qarşısında aşkar etməsi haram olan zinətlərdəndir.

Sual: Bir çox qadınlar saçlarına, kişilər isə həm saçlarına və saqqallarına həna yaxırlar. Bu dəstəmaz və qüslü batil edirmi?

Cavab: Əgər həna tükün üzərində hissələri qalmayan rəng ilə olarsa və suyun ona təmas etməsinin qarşısını almırsa, başın ön hissəsində olasa belə, dəstəmaz alarkən üzərindən məsh çəkmək icazəlidir.

Sual: Heyizli qadının həna yaxması icazəlidirmi?

Cavab: İcazəlidir, lakin məkruhdur.

Sual: Əri vəfat etmiş qadının iddə müddətində həna yaxması icazəlidirmi?

Cavab: Bu icazəli deyil.