Hamilə qadının orucu

Sual: Doğum səbəbilə oruc tutmayan qadın, nə qədər kəffarə verməlidir?

Cavab: Yalnız qəza etməlidir.

Sual: Qadın hamiləlik dövründən uşağına süd verdiyi dönəmin sonuna qədər qəza oruclarını necə yerinə yetirməlidir? Əgər onun qəzanı tutmaqda cismən gücü olmasa, yenə də həmin orucları tutmalıdırmı?

Cavab: Gücü çatdığı qədər qəza etməlidir.

Sual: Yeddi aylıq hamilə olan qadın, həkimlərin oruc tutmasını ona zərər yetirəcəyini söyləyərlərsə, oruc tuta bilərmi?

Cavab: Oruc tutmasın, sonra qəza etsin. Hər günün müqabilində fəqirə 750 qram buğda və yaxud çörək versin.