Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Hərbi təlimatları pozaraq radiorabitə qurğularından istifadə etmək olarmı?

Allahın adı ilə!

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Sual: Bəzi döyüşçülər İŞİD terrorçularına qarşı cəbhə xəttində, düşmənin hərbi bölmələrimizin sirlərindən asanlıqla xəbər tutmasına şərait yaradacaq formada radiorabitə qurğularından istifadə edirlər. Bu da öz növbəsində məğlubiyyət və ağır itkilər verməklə nəticələnir.

Qeyd olunan formada həmin qurğulardan istifadə etməyin hökmü nədir?

Allah ömrünüzü uzun etsin.

“Səfərbər xalq qüvvələri”-ndən Sizə təqlid edən bir dəstə

 

Allahın adı ilə!

Cavab: Hərbi nizam-intizamı və təlimatları bu formada pozmaq, icazəli deyil.

1 Zul-qədə 1436

17 Avqust 2015