Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Hərbi xidmətdə ümumi əmlaka zərər vurma

Sual: Bir şəxs hərbi-xidmətdə olarkən yeməkxana xidmətində olub və orada ona əsgər və zabitlərə yemək hazırlamaq üçün "kartof soymaq" işi tapşırılıb. Bir neçə nəfər kiloqramlarla kartof soyurmuşlar. Bu şəxs də kartoflar tez soyulsun deyə, onların qabıqlarını qalın soyarmış və həmçinin bəzən də bəzi kartofları soyulmuş kartofların içinə salarmış ki, kartoflar tez qurtarsın. Təqribən tələf olan kartofların ümumi miqdarı 10 kq olar. Qeyd edim ki, əsgər və zabitlərə də yemək çatmışdır. Bəlkə də, həmin kartoflar tələf olmasaydı onlara daha çox yemək verilərdi. Bu halda həmin miqdar, sahiblərinin adından dindar fəqirlərə sədəqə niyyətilə ödənməlidirmi?

Cavab: Bütün bu hallarda o, ümumi əmlaka borcludur. Tədrici şəkildə mömin və dindar fəqirlərə həmin miqdarda sədəqə verərsə, kifayətdir.