Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

İstiazə (Allaha sığınmaq, yəni “əuzu billahi minəş-şeytanir-rəcim” demək)

Sual: Hər rükətdə (Fatihə surəsindən əvvəl) “istiazə”-ni demək müstəhəbdir, yoxsa yalnız birinci rükətdə?

Cavab: Yalnız birinci rükətdə.

Sual: Məsum imamlara (ə) “istiazə” etmək (sığınmaq) icazəlidirmi?

Cavab: İstiazə yalnız Allah-təalaya olmalıdır. Lakin Allahın izni ilə bəlaların dəf olunması üçün imamlara təvəssül etmək olar.

Sual: Namazın qiraətini başlamadan əvvəl istiazə etmək müstəhəbdirmi?

Cavab: Namazın birinci rükətinin qiraətinə başlamazdan əvvəl istiazə etmək (əuzu billahi minəş-şeytanir-rəcim) demək müstəhəbdir. Başqa hallarda isə tərk etmək daha münasibdir. Həmçinin “sədəqallahul-əliyyul-əzim” deməyin də hökmü eynidir.