Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

İftar vaxtı

Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir.

Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli olduğu üçün bunun dəqiq təyin olunması mümkün deyil.

Sual: İftar vaxtı nə vaxt daxil olur? Günəşin dairəsinin itməsi, yoxsa şərqdəki qırmızılığın aradan getməsi ilə?

Cavab: Əgər günəş dairəsinin üfüq xəttindən aşağı düşməsini dəqid bilməsə, lakin dağların və ya binaların arxasında itdiyini ehtimal edərsə, şərqdəki qırmızılığın aradan getməsini gözləmək vacibdir. Şəkk olmadıqda da (günəş dairəsi üfüq xəttindən aşağı düşsə də) şərqdəki qırmızılıq aradan getməmiş iftar açamamaqda ehtiyat tərk olunmamalıdır.

Sual: İftarı məğrib və işa namazlarından sonra açmaq müstəhəbdir?

Cavab: Bəli, müstəhəbdir.

Sual: Mənim bir dostum var. Mənim üçün iftar süfrəsi hazırlayacaq. Onunla birlikdə iftar edim, yoxsa şərqdəki qırmızılığın aradan getməsini gözləyim?

Cavab: Vacib ehtiyata əsasən, şərqdəki qırmızılıq aradan getməmiş iftar açmaq icazəli deyil.

Sual: Bizim məzhəbə əsasən iftar nə vaxt olur?

Cavab: Bizm məzhəbə əsasən, iftar vaxtı hətta vacib ehtiyata əsasən, günəş dairəsinin itməsini bilən şəxs üçün də, şərqdəki qırmızılıq aradan getdikdədir.

Sual: İmamiyyə məzhəbində olmayan biri ilə (başqa məzhəbin vaxtına əsasən) iftar etməyimiz icazəlidirmi?

Cavab: İcazəli deyil. Bu məsələdə əsas mükəlləfin özünün şəri qürubun baş verməsinə əmin olmasıdır. Əgər belə edərsə, vacib ehtiyata əsasən, qəzasını tutmalıdır.

Sual: Ramazan ayı yaxınlaşmaqdadır. Bizdə, Skandinaviya ölkələrində, xüsusilə də, İsveçdə günəş gecə saat 11 - də (23:00) batır, fəcr isə saat 3-də (03:00) olur. Oruc vaxtı həddindən artıq çox olur. Biz gün ərzində 8 saat işləyirik və məktəbə gedirik. Sualım bundan ibarətdir; bizə ən yaxın olan müsəlman və ya ərəb ölkələrindən birinin vaxt cədvəlinə əsasən oruc tutub iftar açmağımız icazəlidirmi?

Cavab: Oruc tutmaq hər bir şəxsin yaşadığı coğrafi ərazinin vaxt cədvəlinə əsasən olmalıdır. Əgər oruc tutmağa gücü yetirsə oruc tutması vacibdir. Bacarmadıqda isə oruc vacib hökmündən düşər. Əgər sonradan qəzasını tutmağa imkanı olarsa, qəza vacibdir. Əks təqdirdə isə, fidyə verməlidir.

Sual: Biz İsveçin şimalında yerləşən Boden şəhərində yaşayırıq. Burada gecə bir saat yarımdan artıq olmur. Beləki təqribən saat 23:00 - dan 02:00 - a qədər açıq - aşkar şərqdəki qırmızılıq görsənir və gecənin qaranlıq zülmət çökməsinin heç bir nişanəsi yoxdur. Şam, işa və sübh namazlarının vaxtlarını təyin etməkdə çaşqınlığa düşmüşük. Digər tərəfdən bu günlərdə Ramazan ayı daxil olarsa, oruc necə tutulmalıdır?

Cavab: Əgər şərqdəki qırmızılıq tamamilə aradan getmirsə məğrib vaxtı günəşin dairəsinin tamamilə görsənmədikdə daxil olur. Sübh namazının vaxtı isə günəş çıxmadan bir az əvvəldir. İmkan daxilində bütün gündüz boyu oruc tutulmalıdır. Əgər oruc tutan şəxs həddindən artıq məşəqqətə düşərsə, yemək yeyib sonradan qəzasını tuta bilər.

Sual: Doğrudurmu ki, Seyid Sistani cənabları Skandinaviyə ölkələri üçün iftar vaxtının günəşin dairəsinin itməsi, imsak vaxtının isə günəşin doğmasından bir az əvvəl olması barədə fətva vermişdir?

Cavab: Əgər şərqdəki qırmızılıq aradan getmirsə, günəş dairəsinin itməsindən sonra iftar açmaq icazəlidir. İmsaka gəlincə isə, üfüqdə sabit olan nur (parlaqlıq) artmağa başladıqda olmalıdır.

Sual: Skandinaviya ölkələri barədə olan sualları cavablandırarkən günəş dairəsi tamamilə itdikdə iftar etməyin icazəli olduğunu demisiniz. Bu hökm Almaniya kimi Avropa ölkələrinə də şamildirmi?

Cavab: Biz şərqdəki qırmızılıq tamamilə aradan getmirsə, günəşin dairəsi üfüq xəttindən aşağı düşdükdə iftar etməyin icazəli  olmasını qeyd etmişik. Bu hökm günəş dairəsi batdıqdan bir müddət sonra şərqdəki qırmızılıq aradan gedən ölkələrə şamil deyil.

Sual: Doğrudurmu ki, oruc müddəti 18 saatdan artıq olan ölkələrdə müqəddəs Kərbəla şəhərinin vaxtına əsasən iftar etməyin icazəli olması barədə fətva vardır? Yenicə həddi-buluğa çatmış gənc həddindən artıq yorularsa, orucunu açması icazəlidirmi?

Cavab: Hər bir kəsin yaşadığı ərazinin vaxtına əsasən oruc tutması vacibdir. Əgər oruc tutmağa güçü yetməsə, oruc onun öhdəsindən götürülər. Sonrdan imkanı olarsa, qəzalarını tutmalıdır. Əks təqdirdə (qəzanı da tutmağa gücü yetməzsə), fidyə verməlidir. Əgər oruc tutmaq aclıq və susuzluq baxımından həddindən artıq məşəqqətlidirsə, zərurət miqdarında iftar etməsi (bir şey yeyib içməsi) icazəlidir, lakin vacib ehtiyata əsasən, yenidən orucu davam etdirməlidir.