Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

İnternet

Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir?

Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır.

Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir?

Cavab: Orucu batil etməz. Lakin şəriət baxımından bəzi şeylərə baxmamalıdır.

Sual: İnternetdə olduğumuz zaman bəzən, şəriətdə qadağan olunmuş şəkillər rastımıza çıxır, bu halda, vəzifəmiz nədir?

Cavab: Şəriətdə qadağan olmuş şəkillərə ehtirasla baxılmamalıdır. Vacib ehtiyata əsasən, ehtiras olmadan belə, baxmaq caiz deyildir.

Sual: Evli kişinin, internetdə açıq-saçıq qadınların şəkillərinə, harama düşməmək şərtilə, baxmasının hökmü nədir?

Cavab: Ehtirasla baxmaq haramdır və vacib ehtiyata əsasən, ehtiras olmadan baxmaq da, haramdır.

Sual: Kişi və ya qadın olduğunu bilmədiyimiz birilə internetdə söhbət etməyin hökmü nədir? Əgər kişi və ya qadın olduğu bilinsə, hökmü nədir?

Cavab: Hər iki halda, harama düşmək təhlükəsi olarsa, caiz deyildir.

Sual: Evli insanların internetdə normal bir şəkildə söhbət etmələrinin hökmü nədir?

Cavab: Ləzzət və günaha düşmək ehtimalı yoxdursa, maeəsi yoxdur.

Sual: Müsəlman olmayan qadınlarla internetdə təhrik edici söhbət etməyin hökmü nədir? Eyni zamanda müsəlman olmadıqlarına görə, onlardan pis məqsədlər üçün istifadə etməyin hökmü nədir?

Cavab: Haramdır.

Sual: Qohumlarımdan biri məndən internetdən istifadə etmək üçün e-mail ünvan açmasını istəyib. Lakin bilirəm ki, həmin şəxs bundan günah işlər üçün istifadə edəcək. Bu halda, mən həmin ünvanı onun üçün aça bilərəmmi?

Cavab: Əgər nəhy əz münkərə (“pis işlərdən çəkindirmək” prinsipinə) zidd olsa, icazəli deyil.